Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:54

Avropa Parlamenti də "soyqırım" dedi


Avropa Parlamenti, Strasbourg
Avropa Parlamenti, Strasbourg

-

Avropa Parlamentinin aprelin 15-də qəbul etdiyi qətnamədə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətli "soyqırım" adlandırılır.

Türkiyəni qəzəbləndirən bu qətnaməni Avropa Parlamentindəki bütün əsas siyasi qruplar dəstəkləyiblər. Bununla "Avropa həmrəyliyi və ədaləti ruhuna uyğun olaraq erməni soyqırımının 100 illiyi ilə bağlı anıma qoşulduqlarını" bəyan ediblər.

Qətnamədə o da deyilir ki, Ankara arxivləri açmalı, öz tarixində olanları etiraf etməli, "erməni soyqırımını tanımalı", erməni və türk xalqları arasında "gerçək barışığa" yol açmalıdır.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandian qətnaməni alqışlayıb.

Türkiyənin xarici işlər nazirliyi isə bildirib ki, qətnamə "tarixi yenidən yazmaq cəhdidir".

Nazirliyin bəyanatında deyilir ki, qətnaməni dəstəkləmiş millət vəkillərinin "Avropa dəyərləri ilə bağlılığı yoxdur, onlar nifrəti, qisası körükləyir, konflikt yaratmağa çalışırlar".

Baş nazir Erdogan səsvermədən əvvəl demişdi ki, qətnaməni vecinə almayacaq: "Avropa Parlamenti nə qərar verəcəksə, bu qulağımızdan alıb o biri qulağımızdan verəcəyik".

Bundan əvvəl Roma papası Francis də 1915-ci il hadisələri ilə bağlı anım mərasimi düzənləmiş, "soyqırım" kəlməsi işlətmişdi.

Türkiyə buna etiraz olaraq Vatikandakı səfirini geri çağırmışdı.

Türkiyə 1915-ci il hadisələrini faciə adlandırır. Amma həmin hadisələr zamanı 1,5 milyon erməninin öldürüldüyünü, bunun soyqırım olduğunu qəbul etmir, o dövrdə yüz minlərcə türkün də qətlə yetirildiyini bildirir.

Aprelin 24-də ermənilər "soyqırımın 100 illiyini" qeyd edəcəklər.

XS
SM
MD
LG