Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:59

Baş Prokurorluq «Dünya»ya xəbərdarlıq etdi


Baş Prokurorluq
Baş Prokurorluq

-

Baş Prokurorluq «Dünya» İnformasiya Agentliyinə dövlət sirrini yaymamaqla bağlı xəbərdarlıq edib.

Bu haqda Baş Prokurorluğun aprelin 24-də yaydığı məlumatda deyilir.

«Agentliyin internet saytında «Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir» başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistan hərbiçilərinin intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunub. Eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkətini əks etdirən videogörüntülər yerləşdirilib» - məlumatda bildirilir.

Məlumatda deyilir ki, agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilib, ondan internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyması tələb edilib. Bundan başqa, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirərsə, barəsində daha ciddi tədbirlər görüləcəyi haqda rəsmi xəbərdarlıq edilib.

Məhəmməd Zamanov Baş Prokurorluğun xəbərdarlığı ilə bağlı AzadlıqRadiosuna danışmaq istəməyib.

XS
SM
MD
LG