Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:27

Lukashenka: «Belarus sülh və sakitlik adasıdır»


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

-

Belarus prezidenti Aleksandr Lukashenka ölkəsini hətta Avropada yenidən müharibə iyi gəldiyi bir vaxtda “sabitlik və qayda-qanun adası” adlandırıb.

O aprelin 29-da parlamentdə illik çıxışında deyib ki, hazırda Avropa ölkələri arasında gərginlik “Soyuq müharibə” dövründə olduğu kimidir.

Lukashenka bunu deyərkən Qərblə Rusiya arasındakı münasibətləri nəzərdə tutur.

Lukashenka İkinci dünya Müharibəsinini yada salıb və bildirib ki,bu müharibənin dərslərini heç vaxt unutmaq olmaz:

“Belarus sülh, sakitlik və qayda-qanun adası olaraq qalır.Təəssüf ki, bəziləri Böyük vətən müharibəsinin dərslərini unudublar, hansı ki, dediyim kimi bir neçə günə bu müharibənin sona yetməsinin 70 illiyini qeyd edəcəyik.Kimlərsə bu dərsləri unuda bilər, amma belaruslar yox”.

Lukaşenko çıxışında Rusiya ilə münasibətlərə də toxunub:

“Biz sizin qardaşınızıq, həmişə biryerdə olmuşuq və olacağıq da. Amma bizim öz fikrimiz, dünya haqda öz təsüratımız olmasına imkan verin.Biz bunu həmişə ictimai şəkildə bildirmirik. Biz Rusiya prezidenti ilə razılaşmışıq ki, münasibətlərimizi ictimailəşdirməyək və bu kursu qəti şəkildə davam etdiririk”

Son illər müttəfiq dövlətlər olan Rusiya ilə Belarus arasındakı münasibətlərdə müəyyən gərginlik müşahidə olunur və Lukashenko dəfələrlə bu cür bəyanatlarla çıxış edib.

Belarus Rusiyanın rəhybərlik etdiyi Avrasiya İqtisadi Birliyinin əsas üzvlərindən biridir.Bu Birliyə Rusiya, Belarus və Qazaxıstan daxildir.Bu yaxınlarda isə bu quruma Ermənistan da qoşulub.

Lukashenkanın 60 yaşı var və o Belarusu 1994-cü ildən idarə edir. Onu Avropanın sonuncu dikdatoru adlandırırlar.

XS
SM
MD
LG