Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:19

Marquez-in avtoqraflı kitabı sərgidən oğurlanıb


Avtoqraflı kitaba 60 min dollar qiymət qoyulub, lakin sahibi bildirir ki, kitab onun üçün “qiymətsizdir”.

Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in “Yüz ilin tənhalığı” romanının ilk imzalı siqnal nüsxəsi paytaxt Boqotada keçirilən sərgidən oğurlanıb.

Kitab Boqotada keçirilən kitab yarmarkasının qapalı salonunda ekspozisiyada idi.

87 yaşında vəfat etmiş Nobel mükafatçısı Marquez-ə həsr olunmuş sərgi bir həftə dava etməlidir.

Avtoqraflı kitaba 60 min dollar qiymət qoyulub, lakin sahibi bildirir ki, kitab onun üçün “qiymətsizdir”.

Latın Amerikasında çox məşhir olan bu yarmarkanın tematik mövzusu Makondo idi. Makondo “Yüz ilin tənhalığı”ndakı hadisələrin baş verdiyi uydurma şəhərdir.

Marquez ötən ilin aprelində vəfat edəndən bəri onun avtoqraflı kitablarının qiyməti xeyli artıb.

Nadir kitabların ticarəti ilə məşğul olan Alvaro Castillo oğurlanan kitabı 1967-ci ildə Uruqvayda almışdı.

Garcia Marquez kitaba belə bir avtoqraf yazmışdı: “Köhnə kitabların alverçisi Alvaro Castillo-ya əbədi xatirə olaraq, dostu Gabo-dan”.

XS
SM
MD
LG