Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:41

Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı qərarı bir aya bilinəcək


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

-

Mayın 7-də Konstitusiya Məhkəməsinin Plenumu manatın devalvasiyasına qədər götürülən bank kreditlərinin hansı məzənnə ilə qaytarılmasını müzakirə edəcək. Ancaq bununla bağlı yekun qərar iyunda məlum olacaq.

KM-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Aslanov qafqazinfo-ya bildirib ki, mayın 7-də tərəflərin çıxışları dinləniləcək. «Daha sonra hakimlər müşavirə otağına gedəcək. Bir ay ərzində isə dollarla götürülən kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar rəsmi dövlət qəzetlərində dərc olunacaq. Yəni sabah yekun qərar verilməyəcək» - deyib Tural Aslanov.

Aprelin 18-də Konstitusiya Məhkəməsi məhkəmələrə müraciət edərək kredit borclarının hansı məzənnə ilə qaytarması ilə bağlı şikayət və icraatda olan işlərə baxılmasını dayandırmağa çağırmışdı.

Bu il fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat 33 faiz dəyərdən salınıb.

Bundan sonra ombudsman Elmira Süleymanova və Göyçay rayon Məhkəməsi Mülki Məcəllənin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib.

Mülki Məcəllənin 439.7-ci bəndində bildirilir ki, ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir.

XS
SM
MD
LG