Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:06

Saxlanan işadamları «dollar/manat maxinasiyası»nda ittiham oluna bilər


Arxiv fotosu
Arxiv fotosu

.

“Cahangir Hacıyevin işi” və ya “maliyyə xəyanətləri” adı altında mediada bir-birinin ardınca iş adamlarının həbs, saxlanma xəbərləri yayılır. Mayın 12-də iş adamı Nizami Priyevin 4 ay müddətinə həbs edildiyi, bu günsə Hacı İbrahim Nehrəmli, Dünyamin Xəlilovun istintaqa çağrılıdığı bildirilir.

Amma hələki bu barədə hansısa rəsmi məlumat açıqlanmır. Daxili İşlər Nazirliyi məlumat üçün Baş Prokurorluğa müraciət etməyi tövsiyyə edir. Baş Prokurorluqdansa zənglərə cavab verilmir.

Zahid Oruc
Zahid Oruc

PULLA PUL ALIB PUL QAZANANLAR…
Millət vəkili Zahid Oruc hökumətə qarşı təbliğatının aparılmaması, şaiyələrin yayılmaması üçün mediaya rəsmi məlumat verilməsini zəruri sayır. O, AzadlıqRadiosuna bildirib ki, söhbət, ümumilikdə, Beynəlxalq Bank işi ilə bağlı 5-6 iş adamın həbsindən gedir:

Gözlə

No media source currently available

0:00 0:06:13 0:00
Direct-ə keçid

“Manatın 33,5 faiz devalvasiyası dövründən faydalanan, dövlət vəsaitlərini əlində ümumi bir kredit resursu kimi saxlamaqla varlanmaq istəyənlər qanun qarşısında cavab verməlidirlər. Məsələ bu qədər sadədir.

Elə bilin ki, dövlətin vəsaiti hansısa bankların ətrafındakı müxtəlif insanlara yönləndirilib. Onlar da bu vəsaitlərlə necə deyərlər, pulla pul qazanıblar. Belə maliyyə maxinasiyalarından hansısa tikinti layihələri, və ya bina alınıb, satılması, yaxud başqa binzeslərdən daha çox gəlir götürüblər. Mənim bildiyim qədəri ilə 5-6 nəfər Beynəlxalq Bankdakı şübhəli kreditlərlə bağlı dindirilir.

Mediada bu 70 nəfər kimi təqdim olunur, bu dorğu deyil. Hətta 70 nəfərə qədər şəxsin kreditləri necə götürməsi araşdırılırsa belə bu çox normal haldır”.

BİR GÜNDƏ 500 MİLYON DOLLARI KİMLƏR ALIB?
Azərbaycanda fevralın 21-də manat dollara nisbətdə 33,5 faiz ucuzlaşdı. Bundan bir neçə gün sonra prezident İlham Əliyev bildirdi ki, Mərkəz Bank ilin sonuna kimi manatı tədricən ucuzlaşdırmağı planlaşdırırdı:

Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

“Bu vəziyyətdən bəzi spekulyatnlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdı. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində güə azı 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi”.

BEYNƏLXALQ BANKDAN KREDİT ALANLAR ARAŞDIRILIR…
İndi araşdırılır ki, Beynəlxalq Bankdan kimlər yüksək məbləğdə kredit götürüb, kreditlər hansı şərtlərlə və necə verilib, ümumiyyətlə verilən kreditlər geri qayıtarılıbmı?

Manatın devalvasiyasından bir müddət sonra Beynəlxalq Bankın sədri Cahangir Hacıyev vəzifəsindən istefa verdi. Bu da onun səhhəti ilə əlaqələndirildi. Cahagir Hacıyevə yaxın olan şirkətlər, eləcə də Simurq Futbol klubununda martdan bəri maaşlar verilmir. AzadlıqRadiosuna adının çəkilməsini istəyən bir nəfər deyir ki, şirkətlərin əməkdaşları prokurorluğa çağırılır. Maliyyə sənədləri yoxlanır.

Hələ 4 il əvvəl AzadlıqRadiosunun “185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?” başlıqlı araşdırması olmuşdu. Orada Xəqani Bəşirov adlı iş adamının beynəlxalq bankdan müxtəlif şirkətlər vasitəsilə on milyonlarla kredit götürüb və həmin krediti geri qaytarmadığından bəhs olunurdu. Xəqani Bəşirov Cahangir Hacıyevlə eyni illərdə İqtisadiyyat Nazirliyində işləyib, sonradan birgə əməkdaşlıqları olub.

Nizami Piriyev
Nizami Piriyev

“MALİYYƏ FIRILDAQÇILIĞI”NDA KİMLƏRİN ADI ÇƏKİLİR?
Dünən – mayın 12-də fırıldaqçılıq və ictimai əmlakı mənimsəmə ittihamı ilə 4 ay müddətinə həbs olunan Nizami Piyevin saxlanmasının da detalları açıqlanmır. Ancaq cinayət işindən ehtimal etmək olur ki, söhbət beynəlxalq bankdan götürülən kreditlərin qaytarılmamasından gedə bilər. Onun vəkili Muxtar Mustayev AzadlıqRadiosuna bildirib ki, istintaq sirri olduğundan hələlik ittihamlar barədə danışmaq istəmir.

Bu gün istintaqa çağrılanlardan biri də - “Xəzər adaları” layihəsi ilə tanınan “Avesta Consern”in rəhbəri Hacı İbrahim Nehrəmli və Globus Plazanın sahibi, keçmiş millət vəkili Dünyamin Xəlilovdur. Dünyamin Xəlilov APA informasiya agentliyinə istintaqa çağrılması ilə bağlı məlumatları şərh etmək istəməyib.

“Avesta Consern” Holdingdən isə İbrahim Nehrəmlinin istintaqa çağrılması xəbərini təkzib etdilər:

“İbrahim müəllim burdadır. Bu gün səhərdən də işdə olub. Lakin indi iclasda olduğundan danışa bilmir”.

2 NƏFƏRİN HƏBS, 4 NƏFƏRİN DİNDİRİLDİYİ BİLDİRİLİR…
“Beynəlxalq Bank” işi ilə bağlı adı hallanan iş adamları aşağıdakılardır:

  • “Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov (həbs edilib)​,
  • "PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev (həbs edilib),
  • Keçmiş deputat, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov,
  • “Avesta Concern" Holdinqin rəhbəri Hacı İbrahim Nehrəmli,
  • Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev
  • Şəkinin sabiq icra başçısı, "BakFen" MMC sahibi Murad Cabbarlı.

Baş verənlərlə bağlı rəsmi məlumat yoxdur, adları “maliyyə fırıldaqçılığı”nda hallananlarsa bunu şərh etmək istəmirlər.

Azərbaycan Beynəlxalq Bankının səhmələrinin yarıdan çoxu (51,07 faizi) Maliyyə Nazirliyinə məxsusdur. Bu bankın xeyli xarici borcları var.

XS
SM
MD
LG