Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:25

Evlərin qiyməti ilin sonuna 25 faizə qədər düşəcək?


Bu ilin martında Bakıda ilkin əmlak bazarında qiymətlər yeddi faiz, təkrar bazarda isə altı faiz ucuzlaşıb.

Bu ilin martında Bakıda ilkin əmlak bazarında qiymətlər yeddi faiz, təkrar bazarda isə altı faiz ucuzlaşıb.

Bunu AzadlıqRadiosuna «NBA Consulting Group»un rəhbəri Nüsrət İbrahimov deyir.

Bəs evləri qiymətdən salan nədir?

Nüsrət İbrahimov deyir ki, bu ilin fevralında dolların manata nəzərən 35 faiz bahalaşmasından sonra mənzil satanlar da manatla olan qiymətləri dolların yeni məzənnəsinə uyğunlaşdırmağa başladılar və nəticədə manatla olan qiymətlər təqribən 14 faiz bahalaşdı:

“Amma aprel ayında alıcılar bu qiymətlə barışmadılar və geri çəkildilər, odur ki, qiymətlər düşməyə başladı”.

QİYMƏTLƏR MARTA NƏZƏRƏN 24 FAİZ UCUZLAŞACAQ

Bakının əmlak bazarında qiymət azalması hələ 2014-cü ilin sonunda başlamışdı, devalvasiya isə bu prosesi sürətləndirdi. Nüsrət İbrahimov deyir ki, devalvasiya səbəbi ilə artmış 14 faizdən əlavə, qiymətlər real olaraq 10 faiz də düşəcək. Yəni, ilin sonuna qədər bu ilin martındakı qiymətlərin 24 faiz azalması müşahidə olunacaq. Nüsrət İbrahimov ucuzlaşmanın səbəbi kimi iki amil göstərir:

“Birinci səbəb dünya bazarında neftin qiymətinin azalması, ikinci səbəb isə Ukraynada və Rusiyada baş verən hadisələr və bu ölkələrdən Azərbaycanın daşınmaz əmlak bazarına daxil olan vəsaitlərin azalmasıdır”.

ALICILAR BAZARDAN KÜSÜB

Nüsrət İbrahimov bildirir ki, neftin qiymətinin azalması bazara əsasən psixoloji təsir edir- adamlar əldəki vəsaiti xərcləməyib, qara gün üçün saxlayırlar.

İbrahimov deyir ki, başqa bir səbəb alıcıların bazardan küsməsidir:

“Onsuz da 2014-cü ilə qədər həddən qiymətlər həddindən artıq şişirdilmişdi. Odur ki, alıcılar bazardan küsüb, geri çəkilmişdilər”.

Ekspert deyir ki, evlərin ucuzlaşması qaçılmazdır, çünki mövcud qiymətlər əhalinin alıcılıq qabiliyyətini çox üstələyir.

BAZAR BOĞULUR

“Value and Source” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev öz Facebook səhifəsində yazdığı şərhdə bildirir ki, hələ heç vaxt daşınmaz əmlak bazarındakı durum Mərkəzi Bankın və kommersiya banklarının addımlarından belə asılı vəziyyətə düşməmişdi:

“Dövlət ipoteka proqramının genişləndirilməsində qətiyyətli addımların olmaması, Milli Bankın pul-kredit siyasətində manat kütləsinin sıxılması, kommersiya banklarının manat kreditlərini məhdudlaşdırması daşınmaz əmlak bazarına kapital axınını məhdudlaşdırıb. Bu isə bazarda nəinki canlanmanın yaranmasına, hətta bazarın boğulmasına təsir edir”.

Ekspertlər xatırladırlar ki, 2008-2009-cu illərdə iqtisadi böhran zamanı mənzillərin qiyməti 23 faizə qədər ucuzlaşmışdı.

XS
SM
MD
LG