Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:35

Məhəmməd peyğəmbərin karikaturasını çəkən rəssam jurnaldan gedir


Renald Luzier
Renald Luzier

-

Parisdə "Charlie Hebdo" satirik dərgisində törədilən qətliamdan sağ çıxan yeganə karikaturaçı Renald Luzier jurnalı tərk edir.

Radikal islamçılar yanvardakı hücum zamanı onun 5 karikaturaçı həmkarını öldürmüşdülər.

Jurnalın bundan sonra çıxan sayının üz qabığında da Məhəmməd peyğəmbərin karikaturası yer almışdı. O, ağlayır və "Hamı bağışlanır" deyirdi.

Karikaturalarını Luz imzasıyla çəkən Luzier jurnaldan getməsinin səbəbindən danışarkən deyib ki, "Charlie Hebdo"dakı işi "çəkilməsi ağır olan yükə çevrilib":

"Rəsm çəkməyə adam qalmayıb. 4 səhifədən 3-nün rəsmlərini mən çəkirəm".

Hücumdan sonrakı ilk nömrə çıxarkən Luzier demişdi ki, daha Məhəmməd peyğəmbərin karikaturasını çəkməyəcək, çünki "ondan bezib".

43 yaşlı Luzier bildirib ki, jurnalı tərk etmək qərarı "şəxsi səciyyə" daşıyır və o "öz həyatını yenidən qurmağa, həyatı üzərində nəzarəti geri qaytarmağa" çalışır:

"Jurnalın hər sayını hazırlayıb başa çatdırmaq işgəncəyə çevrilib. Ölənləri yuxusuz gecələrdə xatırlamaq, Charb, Cabu, Honore, və Tignous bunu necə çəkərdi deyə düşünmək məni haldan salır".

CNN-ə istinadla OxuZalı

XS
SM
MD
LG