Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:54

Novruz Məmmədov: «Şərq Tərəfdaşlığı» ölkələrinin maraqları nəzərə alınmalıdır


Novruz Məmmədov
Novruz Məmmədov

-

"Azərbaycanın mövqeyi həmişə belə olub ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin hər biri ilə o olkələrin xarakterinə uyğun münasibətlər qurulsun".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqa sammiti çərçivəsində Azərbaycandan olan jurnalsitlərə açıqlmasında deyib.

Novruz Məmmədov bildirib ki, təəssüf ki, bu indiyə kimi belə deyildi, amma bu sammitdən görünür ki, Avropa Birliyinin rəhbərləri əməkdaşlığı fərqləndirmək qərarına gəliblər.

O qeyd edib ki,"Şərq tərəfdaşlığı" dövlətləri məsələlərə öz maraqları çərçivəsindən yanaşır və gələcək əməkdaşlıqda maraqlar nəzərə alınmalıdır.

Novruz Məmmədov bildirib ki, Riqa sammitində bu illər ərzində Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri barədə danışıqlar aparılacaq.

Elmar Məmmədyarov strateji tərəfdaşlıq barədə saziş layihəsi təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin qonşuluq və genişlənmə üzrə komissarı Johannes Hahna «Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş» layihəsini təqdim edib.

Xəbəri xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanla əksər Avropa Birliyi ölkələri arasında strateji tərəfdaşlıq münasibətləri olduğu və bu sənəd əsasında Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanlar yarana biləcəyi vurğulanıb.

Dağlıq Qarabağ danışıqlarına gəldikdə isə Elmar Məmmədyarov münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Avropa Birliyinin aydın və birmənalı mövqe bildirilməsinin vacibliyini qeyd edib.

Saziş layihəsi Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəsmisi Federica Mogheriniyə də təqdim olunub.

Riqa sammitində Şərq Tərəfdaşlığı Proqramının Rusiya ilə münasibətlərə uyğunlaşdırılması müzakirə olunur.

Mayın 21-də Riqada Avropa Birliyi və Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin sammiti keçirilir

2 günlük sammitdə Şərq Tərəfdaşlığı Proqramının Rusiya ilə münasibətlərə necə uyğunlaşdırılması müzakirə olunur.

Bu proqrama Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukraynana və Moldova daxildir.

Məqsəd bu ölkələrin Avropaya inteqrasiyasının dərinləşdirməkdir.

Bu plana qarşı çıxan Rusiya xəbərdarlıq edib ki, Avropa Birliyi Moskvanın maraqlarına zidd addımlardan qaçmalıdır.

XS
SM
MD
LG