Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:51

Hacıbala Abutalubov: «İstefa yox... onun yeri zindan olacaq»- [audio]


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

-

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da Binəqədi ərazisində yanan bina ərtafında yaranan suallara AzadlıqRadiosunda cavab verir.

Hacıbala Abutalubov: «İstefa yox... onun yeri zindan olacaq»
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00
Direct-ə keçid

- Hacıbala müəllim, yanğında zərər görən ailələr üçün nə qədər kompensasiya nəzərdə tutulur?

- Kompensasiya hamısına verilir. Möhtərəm prezidentimiz bununla bağlı sərəncam verib, Nazirlər Kabineti pul ayırıb. Həmin pul da Bakı şəhər İcra Hakimiyyətinin büdcəsindədir.

- Həmin ailələr hazırda harada yaşayırlar?

- Onlar istədikləri yerdə qalırlar. Kimisi Coradildə, kimi Buzovnada, kimi də öz qohumlarının evində. Kirayədə qalanlar da var. Hamısı öz istəkləri ilə, problem yoxdur.

Online sorğu: Yanğına görə kim məsuliyyət daşıyır? - FORUM

- Prokurorluğun yaydığı məlumata görə, keçmiş «JEK» müdiri də həbs olunub...

- Bu haqda məndə məlumat yoxdur. İstintaq gedir. İstintaqın nəticələrindən sonra məlumat veriləcək.

- Sosial şəbəkələrdə yazırlar ki, bu hadisədən sonra Hacıbala Abutalıbov istefa verməli idi. Elə, bəzi ölkələrdə də bu cür vəziyyətlərdə cavabdeh şəxslər istefa verir. Siz necə düşünürsünüz?

- Vəzifəyə prezident təyin edir, o da çıxarır. İstintaq müəyyənləşdirsə ki, hər hansı məmur günahkardır, istefadan söhbət gedə bilməz. Onun yeri zindan olacaq.

- Siz özünüzü günahkar sayırsınız?

- Gəlin, istintaqın nəticələrini gözləyək. Bunu bilməmiş hər hansı fikir söyləmək istintaqın işinə maneçilik törətmək, yaxud təsir etməkdir.

- Sakinlərə nə demək istəyərdiniz?

- Vəfat edənlərə rəhmət diləyərdim, yatdıqları torpağın qu tükü kimi yumşaq olmasını arzulayardım. Onların ailə üzvlərinə səbr və dözüm diləyərdim. Xəsarət alanların hamısına şəfa diləyərdim və xəstəxanadakılara tez bir zamanda sağlamlıq arzulayardım. Digərlərinə, hansı ki stres keçiriblər, onların da tez bir saman stresdən çıxmalarını arzulayıram. Əmin olsunlar ki, möhtərəm prezidentimizin tapşırığına uyğun olaraq həmin 56 mənzilin bütün sakinləri onların arzularını yerinə yetirmək şərtilə hər şeylə təmin olunacaq. Əlimizdən gələni edəcəyik ki, onlar razı qalsın.

- Təhlükə gözlənilən digər binaların yanğından mühafizə sistemi varmı? Varsa, bu sistemi gücləndirmək haqda düşünürsünüzmü?

- Bu gün istintaq gedir. FHN bütün binalarda müayinələr aparır. Belə qərara gəlinib ki, Bakıda həmin örtüklə üzlənmiş 140 binanın - mərtəbəsindən asılı olmayaraq - hamısı sökülüb yenidən bərpa olunacaq.

- Hacıbala müəllim, mətbuatda belə fikirlər də dolaşır ki, həmin üzlükləri istehsal edən müəssisələr fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə məxsusdur deyə, əsl günahkarlar kənarda qalacaq. Yəni, «JEK» müdiri, yaxud zavod direktoru səviyyəsində bir neçə nəfərin həbsi ilə məsələ bağlanacaq...

- Gəlin şayiələrə yox, həqiqətə inanaq. Kimliyindən asılı olmayaraq, günahkarlar cəzalanaq. Buna əmin olun!

XS
SM
MD
LG