Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:56

Xəzərin dibi ilə kəməri necə çəkəsən ki, Kreml qəzəblənməsin?


-

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maros Sefcovic aprelin sonunda Türkmənistanda səfərdə oldu və türkmən qazının 2019-cu ildə Avropaya çatdırıla biləcəyi haqda bəyanat verdi.

Haqqında az qala 20 ildi söhbət gedən Transxəzər layihəsinin, yəni türkmən qazının Xəzərin dibi, daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə daşınmasının gerçəkləşməsi nə dərəcədə realdır?

Azadlıq Radiosunun türkmən redaksiyasının direktoru Muhammad Tahirin aparıcılığı ilə baş tutan dəyirmi masadan diqqət çəkən məqamları çatdırırıq.

RUSİYANIN UKRAYNAYA TƏCAVÜZ ETDİYİ BİR VAXTDA...

Enerji eksperti Steve Levine deyir ki, Sefcovic öz səfəri zamanı Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-dan nikbin fikirlər eşidib. Prezident deyib ki, Avropaya qaz satmağa hazırdır. Amma bu, yeni bir fikir deyil. Türkmənistan bunu həmişə deyir. Amma indiyəcən heç bir xarici şirkətlə Transxəzər kəmərinin tikilməsinə dair razılaşma imzalamayıb.Levine bunu Türkmənistanın Rusiyadan ehtiyatlanması ilə əlaqələndirir. Məqsəd Kremli qəzəbləndirməməkdir. Onun sözlərinə görə, xüsusən indi, yəni Rusiyanın Ukraynaya təcavüz etdiyi vaxt bu ehtiyatlı mövqenin səbəbi daha yaxşı anlaşılır.

Maros Sefcovic
Maros Sefcovic

“Platts” jurnalının redaktoru, enerji eksperti John Roberts də eyni fikirdədir. Onun fikrincə, Türkmənistan sadəcə bilmir ki, əgər layihəyə start versə, Avropa Birliyi onu harayacan müdafiə edə bilər. Üstəlik də Türkmənistan rəhbərliyi belə bir mövqedən çıxış edir: kim istəyirsə, buyurub bizim sərhədlərimizə gəlib çatan boru xətti tikə bilər, onda biz də həmin boruya qaz vurmağa hazırıq.

TÜRKMƏNİSTANIN NƏ QƏDƏR QAZI VAR?

Bu mövqe məsələn, Rusiyanın “Qazprom”, yaxud Azərbaycanın Dövlət Neft Şirkətinin mövqeyindən fərqlənir. Onlar Türkmənistandan fərqli olaraq qazlarını harasa çatdırmaq isrtəyəndə özləri qabağa düşüb boru kəməri tikmək təşəbbüsü ilə çıxış edirlər.

Enerji sektoru üzrə ixtisaslaşan jurnalist Paolo Sorbello isə deyir ki, əgər kəmər tikilsə, Türkmənistanın həmin kəmərə qısa və orta müddətli perspektivdə nə qədər qaz vura biləcəyi bəlli deyil. “İndi onlar 100-120 milyard kub metr qaz istehsal edirlər. Mən bunun tez bir zamanda iki dəfə artırıla biləcəyi imkanlarını görmürəm”.

Bu 100-120 milyard kub metrdən 22-25 milyardı ölkə daxilində istehlak edilir. Bundan başqa indi Türkmənistandan Çinə qaz kəməri çəkilir və gələn ilin sonuna hazır olacağı gözlənir. Türkmənistan Çinə 80 milyard kubmetr qaz satacaq. Bundan başqa 8 milyard kub metr İrana, 4 milyard kub metr isə Rusiyaya satılır. Türkmənistan hökuməti 2030-cu ilə qədər qaz istehsalını iki dəfə artırmağı, 230 milyard kubmetrə çatdırmağı düşünür.

RUSİYAYA DA XEYİR VERMƏK...

Çin - Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov (solda)Çin lideri Xi Jinping ilə qaz sazişi imzalayır, Pekin, may, 2014
Çin - Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov (solda)Çin lideri Xi Jinping ilə qaz sazişi imzalayır, Pekin, may, 2014

Məhz bu baxımdan Sefcovic-in proqnozunun niyə 2019-cu ildən sonraya aid olduğu aydınlaşır.

O, Türkmənistandan ilk mərhələdə yalnız 10 milyard kubmetr qaz alına biləcəyini deyib.

Nəzəri baxımdan əgər müqavilə indi imzalansa, Transxəzər kəmərini 2019-cu ilə qədər tikmək olar. Əgər Türkmənistan doğrudan da söz verdiyi kimi gələcək müqavilələrə qol çəkərsə.

Amma Roberts deyir ki, Türkmənistan Avropaya daşınacaq qazı Rusiya üçün də mənfəətli eləmək üzərində düşünür. Məsələn, Çinə qaz satmaq məsələsində, kəmər tikintisinə rus şirkətləri cəlb edilib.

XS
SM
MD
LG