Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Milli Şura mitinq keçirdi, iki nəfər saxlanıldı [video/foto]

Mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda mitinq keçirib. Müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiya ilə ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Etiraz aksiyası barədə bütün məlumatları burada izləyə bilərsən.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini vurmaqla bloqu «vərəqləmək» olar.

16:01 30.5.2015

«Azadlıq» qəzeti işini davam etdirir

«Azadlıq» qəzetinin baş redaktor müavini Rahim Hacıyev mitinqdə iştirak edənlərə müraciətlə deyib ki, «sizin hesabınıza «Azadlıq» qəzeti işini davam etdirir:

«Siz Azərbaycanın narazı olan, narazılığını bildirməyən yüz minlərlə insanına nümunəsiniz».

Aksiya iştirakçıları həlak olanların xatirəsini yad edirlər

Aksiyaçılar həlak olanların xatirəsini qeyd edirlər
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

16:08 30.5.2015
Həbs edilmiş gəncin anası oğlunun mübarizədən dönməyəcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

«Oğlum günahsızdır»

Həbsdə olan AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva mitinqdə çıxış edib:

«Fəryad edirəm, oğlum günahsızdır. Əqidəsindən dönmədiyi üçün həbsdədir. Şoşuyla-moşuyla camaatı manqurtlaşdırırsınız. Sizə belələri lazımdır? Hüquq müdafiəçilərini, jurnalistləri, gəncləri həbs edirsiniz. Niyə oğluma işgəncə verirsiniz? Min zülmlə uşaq böyütmüşəm, niyə döyürsünüz, ac-susuz saxlayırsınız? Allah bəlanızı versin. Oğlum əqidəsindən əl çəkməyəcək, mübarizəsini də davam etdirəcək».

16:15 30.5.2015

Şirvan rayonundan gələn aksiyaçılar AzadlıqRadiosuna deyib ki, rayondan onlara nəzarət etmək üçün polislər göndərilib.

16:26 30.5.2015

«Kürdəxanını indi bütün dünyada tanıyırlar»

Milli Şuranın sədri Cəmil Həsənli mitinqə gələnlərə müraciətlə deyib ki, «korrupsioner, kriminal hakimiyyətinin bütün təzyiqlərinə rəğmən bura gəlmisiniz».

«Qurucu babalarımız ona görə bu cümhuriyyəti qurmamamışdılar ki, bu ölkə bir ailənin sülalə hakimiyyətinə, yanğınların bürüdüyü məmləkətə çevrilsin. Torpağı, ərazisi işğal edilmiş hakimiyyət korrupsiyaya qurşanıbsa, ondan torpaq azad etmək gözləmək əbəsdir. Avropada təmir etmədikləri kilsə, park qalmayıb, torpaq uğrunda canını fəda etmiş insanların sosial sığorta kimi haqqını vermək istəmirlər. Millətin haqqına belə təcavüz etmək olmaz. Son həftə ərzində neçə əsgər intihar etdi, yaxud da hərc-mərcliyin qurbanı olub. Son bir həftədə iki əsgərin döyülərək öldürülməsi xəbərini almışıq. Analar fəryad edir».

Cəmil Həsənli deyib ki, Azərbaycan siyasi məhbuslar ölkəsinə çevrilib: «Ötən son iki ildə intellektual gəncliyə, siyasilərə, jurnalistlərə qarşı repressiya başlayıb. Kürdəxanını indi bütün dünyada tanıyırlar. Xədicə xanım, Leyla xanım, İntiqam bəy, Tofiq bəy, Anar bəy, Seymur bəy, din adamlarımız, gənclərimiz, jurnalistlərimiz hamısı ordadır».

Davamı

XS
SM
MD
LG