Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:52

Yıxılıb əlilə çevrilən traktorçu-fəhlənin sonrakı aqibəti...


Arxiv fotosu
Arxiv fotosu

-

Sabirabad sakini Yavər Həsənov "Qaynar xətt"ə şikayət edib. O, iş vaxtı xəsarət aldıqdan sonra işdən çıxarıldığını, əmək hüquqlarının pozulduğunu, ona yardım olunmadığını yazıb:

"MÜALİCƏM DAVAM EDƏ-EDƏ İŞDƏN ÇIXARTDILAR"

"Uzun müddət "Abad" İnşaat Şirkətində traktorçu-fəhlə işləmişəm. 2013-cü ilin iyul ayının 10-da şirkətin cənub bölgəsindəki baş prorabı məni işdən ayırıb tapşırdı ki, traktoru saxla, get, Astarada gömrüyün sahəsində fəhləlik elə. Mən getmək istəmirdim, dedi, getməsən, səni işdən qovacam. Mən də məcbur olub getdim. Həmin ayın 17-də öz fəhləliyimi edərkən yol hamarlayan «qredel» sol ayağımın üstünə çıxdı. Ayağım iki yerdən qırıldı. Məni Lənkəran Mərkəzi Xəstəxanasına apardılar. 3 ay xəstəxanada müalicə olundum. Xəstəxanadan çıxandan sonra 2 ay da ev şəraitində müalicə aldım. Elə müalicəm davam edən vaxtlarda məni işdən çıxartdılar".

Şikayətçi ki, başına gələnlər az imiş, üstəlik, işdən çıxarılması onu məyus edib. Bakıya üz tutub və Baş Prokurorluğa şirkətin işçilərinin hərəkətlərindən şikayət edib.

ŞİRKƏT NƏ DEYİR?..

"2 ildən çoxdur ki, şirkət rəhbərliyinin hərəkətindən şikayət edirəm. Heç bir nəticəsi yoxdur. Mən işdə xəsarət alıb əlil olmuşam. Bu üzdən ailəm də dağılıb. Vəziyyətim çox ağırdır. Mənə nə kompensasiya ödənilib, nə də bir yardım olunur. Bir sözlə, əsl azərbaycanlısayağı yanaşma. Dünən əl-ayağım üstündə idi, ən yaxşı işçi idim, bu gün yıxıldım, əl-ayağımı itirdim, çıxarıb atdılar çölə..."

Lakin şirkətdən keçmiş işçilərin dedikləri ilə razılaşmayıblar. Bildiriblər ki, əksər hallarda inşaatda işləyən fəhlələr sifarişçi şirkətlə icraçı şirkətləri səhv salırlar:

"Bizim şirkətlə işləyən icraçı şirkətlər var. Çox vaxt fəhlələr özləri də həmin şirkətlərlə işləyə-işləyə elə bilirlər ki, bizim işçilərdir. Yaxşı olar ki, bu şəxs icraçı şirkətlə haqq-hesab çəksin. Bizim Şirkətin rəhbərliyinə rəsmi məktubla müraciət etsin və rəsmi cavab alsın. Bu cavabla razılaşmazsa, məhkəməyə versin. Bəzən elə olur ki, fəhlələr Əmək Müfəttişliyə də müraciət edirlər, biz məsələni yoluna qoyuruq".

XS
SM
MD
LG