Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Azyaşlı ilə cinsi əlaqəyə görə cəza sərtləşdirildi


Arxiv fotosu
Arxiv fotosu

14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan 6 ilədək həbs cəzası ala bilər

-

14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan 6 ilədək həbs cəzası ala bilər.

Prezident İlham Əliyevin iyunun 10- da imzaladığı sərəncamda belə deyilir. Sərəncam “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1296-IVQD nömrəli Qanununun tətbiqi barədədir.

“Trend”in məlumatına görə, Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinin mətninə dəyişiklik edilib.

152-ci maddədə deyilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddəyə əlavələr edilib.

Eyni əməllərin 14 yaşına çatmayan şəxsə qarşı edilməsi 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

Eyni əməllərin 14 yaşına çatmayan şəxsə qarşı edilməsi 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək

153-cü maddəyə görə, 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddəyə də əlavə edilib. 16 yaşına çatmayan şəxsə qarşı bu hərəkəti törədən 1 ildən 2 ilədək islah işləri və ya 3 ildən 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Ancaq şəxslər arasındakı yaş fərqinə görə cəza tətbiq edilməyə bilər. Belə ki, əməli törədən zərərçəkənlə arasındakı yaş fərqi 2 ildən çox olduğu halda məsuliyyətə cəlb olunacaq.


XS
SM
MD
LG