Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Bakı 2015 - xəbərlər, foto və videolar

İyunun 12-də Bakıda I Avropa Oyunları başlanır.

Düz 17 gün - iyunun 28-dək bütövlükdə 20 idman növü üzrə yarışlar keçiriləcək. Dördünü çıxmaqla, qalanları Olimpiya idman növləridir.

Avropa Oyunlarında müxtəlif ölkələrdən gəlmiş 6 minədək idmançı yarışacaq.

Bu böyük idman yarışı inşan haqları təşkilatlarının səsləndirdiyi tənqidlər fonunda baş tutur. Onlar Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə diqqət çəkirlər.

Avropa Oyunlarından burada xəbər tuta bilərsən.

Canlı Bloq daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini tıqlamaqka bloqu «vərəqləmək» olar.

21:32 13.6.2015
Rəsul Çunayev
Rəsul Çunayev
R.Çunayev Azərbaycana 3-cü «qızıl»ı gətirdi

I Avropa Oyunlarında Azərbaycan idmançıları daha 2 medal qazanıblar.

80 kiloqramda Azərbaycan güləşçisi Rafiq Hüseynov Rusiya təmsilçisi Evgeny Saleev-ə final qarşılaşmasında 3-0 hesabı ilə məğlub olaraq gümüş mükafatla kifayətlənməli oldu.

Bir qədər əvvəl isə 71 kiloqramda yenə final qarşılaşmasında Azərbaycan güləşçisi Rəsul Çunayev macarıstanlı idmançı Balint Korpasi-ni məğlub edərək qızıl medal qazanmışdı.

Bununla da Avropa oyunlarında Azərbaycan idmançılarının medal sayı 7-yə çatdı. Bunlardan 3-ü qızıl,1-i gümüş,3-ü isə bürünc medallardır.

15:01 15.6.2015
Bakının mərkəzində çal-çağır
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Avropa Oyunları günlərində Bakıda könüllülər ürəyi istəyənləri Baku 2015-in simvolları ilə bəzəyir, peşəkar musiqiçilər və rəqqaslar isə şəhər sakinlərini və qonaqları əyləndirir

XS
SM
MD
LG