Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:09

Gürcüstanda 1 il vizasız qalmaq olacaq


Gürcüstan bayrağı
Gürcüstan bayrağı

-

Gürcüstan hökumətinin qərarı ilə 94 ölkənin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları Gürcüstana viza almadan daxil olacaq və bir il ərzində burada yaşaya biləcəklər.

Xəbəri AzərTac yayıb.

BMT pasportuna malik xarici ölkə vətəndaşları da eyni hüquqa malikdirlər.

Əvvəlki qanuna əsasən, 118 ölkənin vətəndaşı Gürcüstan ərazisinə vizasız daxil ola bilərdi. Onların ölkədə 90 gün qalmasına icazə verilirdi. Hökumətin yeni qərarı ilə bu siyahıda dəyişiklik olunub. Siyahıdan 24 ölkə çıxarılıb. İran, Əfqanıstan, Misir, Çin və Hindistan vətəndaşları Gürcüstana vizasız gələ bilməzlər. Qalan 19 ölkənin vətəndaşları isə Gürcüstana vizasız gələ və bu ölkədə yalnız 90 gün müddətində qala bilərlər.

Yeni qanun Şengen vizasına malik şəxslərə də Gürcüstana vizasız gəlmək imkanı verir.

XS
SM
MD
LG