Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:35

Firudin Cəlilov: "Ora universitet yox, karvansara idi"


ABU-nun tələbələri
ABU-nun tələbələri

«Diplom bir tərəfə, 5 ildir mən Təhsil Nazirliyindən attestatımı ala bilmirəm».

-

«Diplom bir tərəfə, 5 ildir mən Təhsil Nazirliyindən attestatımı ala bilmirəm.

Heç bir səbəb göstərmədən bizim attestatları qaytarmırlar».

Ruslan Nəsirli fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbəsi olub. 2010-cu ildə universiteti bitirib. Deyir ki, nəinki diplomunu, 5 ildir attestatını ala da bilmir:

«Diploma görə, hərbi xidmətdə 1 il 6 ay oldum. Qayıdanda sonra işə düzəlmək istədim. Amma dedilər ki, bizə diplom verilməyəcək. Sonradan digər işlərə baş vurdum, onda da attestat tələb etdilər. Neçə ildir get-gəldəyik, hələ də attestatımı qaytarmırlar. Başa düşmürəm, bizim attestatları neçə ildir niyə nazirlikdə saxlamalıdırlar ki?».

NAZİRLİK ATTESTATLARI QAYTARMAĞA BAŞLAYIB...

Ruslan Nəsirli 2006-cı ildə ABU-nun maliyyə ixtisasına daxil olub. İldə 600 manat təhsilhaqqı ödəyib. 2010-cu ildə - universiteti bitirdiyi il ABU bağlanıb.

ABU-da təhsili yarımçıq qalan Ruslan kimi digər tələbələrin sənədləri də Təhsil Nazirliyindədir.

Təhsil Nazirliyi bildirir ki, attestatını almayanlar Nazirliyin 146-1 saylı «Qaynar xətt»ində qeydiyyatdan keçəndən sonra həftənin 2-ci və 3-cü günləri müvafiq sənədlərini geri ala bilərlər.

İndiyədək nazirliyə 404 nəfər müraciət edib. Onlardan 243 nəfərin attestatı qaytarılıb.

Amma Ruslan deyir ki, Təhsil Nazirliyinə 8 ay əvvəl müraciət edib, hələ də onunla əlaqə saxlanılmayıb.

Firudin Cəlilov
Firudin Cəlilov

«GÜNAHKAR ABU-NUN FƏALİYYƏTİNƏ GÖZ YUMAN MƏMURLARDIR»

Keçmiş təhsil naziri Firudin Cəlilov düşünür ki, təkcə attestata görə deyil, ümumilikdə Beynəlxalq Universitet ətrafında baş verənlərdən yeganə zərər çəkən Azərbaycanın gəncləri oldu:

Keçmiş təhsil naziri Firudin Cəlilovun açıqlaması
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

«Bu universitetin fəaliyyətindən Təhsil Nazirliyinin də, Prezident Administrasiyasında Təhsil Komissiyasının da xəbəri vardı. Ora universitet deyildi, elə bil, Karvansara idi. Ucuz təhsil haqları, aşağı bal toplayanlara diplom almaq, universitet oxumaq şansı verdiyinə görə Beynəlxalq Universitetin tələbələrinin sayı artırdı. Bütün bu qanunsuzluqlara da aidiyyəti qurumlar göz yumurdu. İndi universitetin fəaliyyəti dayandırıldı. Bu tələbələrin niyə attestatları verilmir ki, onlar özlərinə gələcək qursunlar? Bəlkə biri gedib yenidən qəbul imtahanı verəcəkdi. Bir sözlə, bu prosesdən uduzan tərəf ancaq və ancaq tələbələr olub».

Təhsil Nazirliyi 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Lisenziya müddətinin uzadılmaması təhsildəki problemlər və qanunsuz tələbə köçürmələri ilə izah edilmişdi.

XS
SM
MD
LG