Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:03

Konqresmenlər Bakıda etikanı pozubmu? - Araşdırılır


Bakıya səfər etmiş konqresmenlər.
Bakıya səfər etmiş konqresmenlər.

-

Onlar Bakıya - enerji konfransına Azərbaycan hökumətinin puluyla gəliblər. Bakıda onlara xalça və s. bahalı hədiyyələr də verilib.

9 Konqresmen indi deyir ki, pulun mənbəyini bilməyiblər. Hədiyyələrin isə ucuz şeylər olduğunu düşünüblər.

Konqresin Etika ofisi hazırladığı hesabatda bildirir ki, bu şəxslər konqresmen etikasını pozublar. Xarici ölkənin ABŞ-ın siyasətinə təsir etməsinə imkan yaradıblar.

Konqres təsis etsə də, Etika Ofisi müstəqil bir qurumdur. Onun hesabatını indi Nümayəndələr Palatasının rəsmi Etika Komitəsi nəzərdən keçirir. Komitə bazar ertəsi bəyan edib ki, ​2013-cü ildəki həmin səfərlə bağlı hesabatı nəzərdən keçirməsi hələ 45 gün də çəkəcək.

Komitə bu barədə növbəti bəyanatı avqustun 6-dək verəcək. Yəqin ki, həmin tarixədək Komitə tapıntılarını, etika ofisinin təhqiqatının detallarını da açıqlayacaq. Bunu «The Wall Street Journal» yayıb.

750 MİN DOLLARIN MƏNBƏYİ

Mayda «The Washington Post» həmin hesabatı yayıb. Məlum olub ki, konqresmenlərin Azərbaycana səfərini "Azərbaycanın Dostları Assambleyası"nın (AFAZ) vasitəsilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirib. Nümayəndələr Palatasının Etika Komitəsi isə əlavə informasiyanın gərəkdiyini vurğulayıb.

Konqresmenlərdən bəziləri öz hərəkətinə haqq qazandırıb, Etika Komitəsinin səfərə icazə verdiyini deyib.

Etika Komitəsi bazar ertəsi yaydığı bəyanatda deyir ki, 9 üzvün səfər planının təsdiqləyib, ancaq «Sonradan bu səfərin belə bir səfər tələblərinə uyğunluğuna dair suallar yaranıb». Komitə həmçinin bütün konqresmenlərin hazırda gedən prosesdə əməkdaşlıq etdiyini bildirir.

Xatırladaq ki, SOCAR bu səfərə 750 min dollar xərcləyib. Həmin dövrdə SOCAR və bir sıra iri enerji şirkətləri Xəzər qazını Avropaya daşıyacaq 28 milyard dollarlıq boru kəməri layihəsinin ABŞ-ın İrana qoyduğu sanksiyaların təsiri altına düşməməsinə çalışıblar.

Bakıdakı konfrans da bu məsələdə Konqresin dəstəyini qazanmaq üçün təşkil edilib.

AMERİKANIN SİYASİ KORRUPSİYASI: AZƏRBAYCAN? BƏLİ, AZƏRBAYCAN

«The Economonitor» da həmin səfərdən yazır.

Müəllif Marvin Zonis başqa bir yazardan sitat gətirir: «Amerikanın problemi siyasətinə xaricdə yaranan əngəllər deyil, ölkə daxilində pulun siyasət üzərində hakimiyyətinə nəzarətin itməsidir".

Müəllif daha sonra Azərbaycanın Dostları Assambleyasının (AFAZ) Bakıda keçirdiyi böyük konfransdan, konqresmenlərin iştirakından, Konqresin müstəqil qurumunun həmin səfər gizlinlərini üzə çıxarmasından yazır. Ölkənin bəzi kəmər layihələrinə Konqresdəki dostlarının dəstəyini də aldığı vurğulanır.

«Respublikaçı, həmin konfransa gedənlərdən biri, James Bridenstine 2014-cü ildə yenidən seçilmək üçün apardığı kampaniyada AFAZ-dakı dostlarından 29 min dollar qəbul edib. Digərləri də faydalanıb. Nümayəndələr Palatasından Michael Turner 2011-ci ildən 38 min 200 dollar, Shirley Jackson Lee 78 min dollar, Ted Poe 39 min dollar əldə edib. Ümumilikdə, həmin donorlar 2011-ci ildən bəri federal siyasi namizədlərə 482 min dollarlıq ianə verib».

«Amerika siyasəti belə işləyir. Maraqlarını müdafiə etmək üçün dostlar tapırsan. Yaxud siyasətçilərlə dostlaşmaq üçün yollar axtarırsan. Bunu əldə etməyin ən yaxşı yolu onların fasiləsiz olaraq yenidən seçilmək üçün apardıqları kampaniyaya pul ayırmaqdır».

XS
SM
MD
LG