Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:41

Gözdən əlil gənc qanun xırdalayır...


Arxiv fotosu
Arxiv fotosu

-

- İşləmək bacarığım var, ancaq əlil olduğuma görə heç yerə işə götürmürlər.

- Məsələn, əlinizdən hansı iş gəlir?

- Hansısa şirkətdə, ya hökumət təşkilatında telefon operatoru işləyə bilərəm. Bacarığım var. Azacıq məvaciblə də olsa, işləyərəm. Əlillər üçün işsizlik daha dəhşətlidir. Biz özümüzü gərəksiz kimi hiss edirik. Məşğuliyyət yoxdur deyə, depressiyaya düşürük. Sonra da deyirlər, filan əlil özünü asdı. İnsan nə qədər özünə qapanar? Əli, ayağı, gözü üstündə olan belədir ki, başını nəyləsə qata bilir.

"ƏLİLLİYİMİ ƏSAS GƏTİRİB İŞ VERMİRLƏR"

34 yaşlı Səfər Səfərov gözdən 1-ci qrup əlildir. Bu əlillik ona cəmiyyətdə özünü gərəksiz kimi hiss etdirir.

Əlil deyir, elə hökumət və qeyri-hökumət təşkilatı qalmayıb ki, iş üçün müraciət etməsin. Hər dəfə ona əlilliyini əsas gətirərək iş verməyiblər.

"Qanunda da var ki, işçilərdən 25 faizi əlillər təşkil edir. Bizdə isə yoxdur. İcra başçısının yanına getdim. Dedi, heç gözü olanlara iş tapılmır".

KVOTAYA GÖRƏ, İŞ YERİNİN 25-DƏN 4-Ü ƏLİL ÜÇÜNDÜR

Respublika Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayevin deməsinə görə, ölkədə azı 30 min gözdən əlil var. Onlardan 4 min nəfərə yaxını əmək qabiliyyəti olanlardır. Dövlət müəssisələrində çalışan əlillərin sayı isə cəmi 600-700 nəfərdir. Cəmiyyətin sədri deyir ki, qanunvericiliyin müəyyən etdiyi kvotaya əsasən, əvvəllər əlilliyi olanların işə düzəlməyi ilə bağlı say nisbəti hər 25 nəfərdən bir nəfər idisə, indi hər 25 nəfərdən 4-ü əlil işçi olmalıdır. Reallıqda isə bu, öz əksini tapmır.

XS
SM
MD
LG