Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:53

Britaniya səfiri XİN-ə çağırılıb


Irfan Siddiq
Irfan Siddiq

-

İyulun 1-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Siddiq Xarici İşlər Nazirliyinə dəvət olunub.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin başçısı Bako Sahakyan-ın Böyük Britaniyaya səfərinə rəsmi Bakının qəti etirazını çatdırıb.

Bako Sahakyan «Chatham House» - Kral Beynəlxalq Münasibətlər İnstitutunda iyulun 8-də keçiriləcək tədbirinə dəvət edilib.

Xələf Xələfov bu kimi halların Azərbaycan və Böyük Britaniya arasındakı dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığını deyib. Bunu Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib.

Səfir Irfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını söyləyib. Eyni zamanda, Azərbaycanın narahatlığı barədə ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb.

XS
SM
MD
LG