Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:07

Əliyev-Sarkisyan görüşünün vaxtı bəlli oldu


İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb.

İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir.

ANS PRESS-in məlumatına görə, görüşün BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir və bununla da bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.

Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir.

Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar.

Həmsədrlərin regiona səfəri barədə iki gün əvvəl ABŞ-ın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda təşkil olunan tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da açıqlama verib.

Həmsədrlər hazırlıq görürlər

İndi regiona ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri gündəmdədir və Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili haqqında məsələ müzakirə ediləcək.

Prezidentlər görüşdə Qarabağ münaqişəsinin nizama salınmasının irəliləyişi üçün yeni yolların tapılmasını müzakirə etmək imkanına malik olacaqlar.

İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidenti Francois Hollande-ın vasitəçiliyi ilə Parisdə baş tutub.

Hollande, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), James Warlick (ABŞ), Pier Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk iştirak ediblər.

XS
SM
MD
LG