Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:58

Çəltik əkən kişi: «Torpaq bizdən ağdır»


Astara, çəltik sahələri, iyul, 2015-ci il.
Astara, çəltik sahələri, iyul, 2015-ci il.

-

Astarada çəltik sahələri azalır...

Çəltik əkənlərin necə çalışdıqlarını öyrənmək üçün Astaranın Seləkəran və Suparıbağ kəndlərinin içi ilə getməli olduq. Havanın hərarəti yüksək idi. Kənd yollarında heç kim gözə dəymirdi. Lakin əkin üçün nəzərdə tutulan sahələrdə adamlar işləyirdi. Vaxtı ilə çəltik əkilən yerlərin çoxunda ot tədarük olunur. Belə sahələrin birindəyik. Ot tədarükü ilə məşqul olan 82 yaşlı kənd sakni Heydər Əsgərov deyir ki, 15 ilə yaxın çəltik əkib. Bu sahədə problemlər həll edilmədiyi üçün əkindən əlini üzüb:

«Suya görə çəltik əkməyin daşın atdım».

«Mən 15 il burda çəltik əkmişəm, 1 hektar 10 sot. Suya görə çəltik əkməyin daşın atdım. Su vermədilər. Artupa kəndindən olan 9 nəfər çəltik əkmişdik. Gördük su yoxdur torpaq susuzluqdan çatlayıb. Onu biçə də bilmədim. Hər hektara 1000 manatdan yuxarı xərc çəkilir. Xərc batdı. İndi ot yığıram, nəyimə lazımdır. Adamın ürəyi ağrayır. Kömək etsinlər, çəltik əkək, öz düyümüz olsun. Bunun nəyi pisdir? Ekoloji cəhətdən təmiz. Həm də iş yeridir. Kömək yoxdur. Mənə düyü lazmdır ki, nəvələrimi, nəticələrmi saxlayım».

Astara, çəltik sahəsi, iyul, 2015-ci il.
Astara, çəltik sahəsi, iyul, 2015-ci il.

Heydər Əsgərov əli ilə əkilməşi sahələri göstərib deyir ki, vaxtı ilə bu sahələrdə çəltik əkilirdi. O deyir ki, texnika problemdir. Onun sözlərinə görə, hökumət bu sahəni yaddan çıxardıb. Hal bu ki, azərbaycanlılar düyüdən daha çox istifadə edirlər. Heç bir məclis plovsuz keçinmir.

Səncərədi kəndinin sakini, 86 yaşlı çəltikci Musa İbrahimovla da sahədə görüşdük. Deyir ki, çətinliklərə baxmayaraq hər il çəltik əkib. Bu il də 70 sotda çəltik becərib. Özünün dediyinə görə sahəyə min manta qədər pul xərcləyib. Günün əsas vaxtını burda keçirdir. O deyir ki, 28 nəfərdən ibarət olan ibrahimovların əsas qazancı çəltikdən gəlir:

«Sovet dövründə təkcə bizim kəndə 82 hektar çəltik əkilərdi»

Astara çəltik sahələrində, iyul, 2015-ci il.
Astara çəltik sahələrində, iyul, 2015-ci il.

«Torpaq rəngindəyik. Torpaq bizdən ağdır. 25 ildir buranı əkirəm. Bunun təməlini kəndə mən qoymuşam. Əvvəlcə həyətyanı sahədə əkdim. Getdim İrandan toxum aldım. 1,5 ton çəltik götürdüm. Əkin üçün torpaq payımı verdilər. O vaxtdan bəri əkirəm. Həmişə haşimi toxumu əkirəm. Məhsuldarlığı az olsa da yeyiləndir, xoş ətri var. Sovet dövründə təkcə bizim kəndə 82 hektar çəltik əkilərdi. İş əsasən öküz vasitəsi ilə görülərdi. İndi öküzü hardan gətirək? Bir dənə tarktor var o da şəxsidir, hektarını 350 manata sürür. Deyir mən belə sürürəm. Qalan işlər əl ilə görülür. 50-60 il keçib çəltikçilikdə heç bir tərəqqi yoxdur. Bizi yaddan çıxardıblar. Kimin nəyə gücü çatır onu görür».

«Bəlkə pensiyanız sizə çatmır. Sahədə işləyənlərin əksəriyyəti yaşlı adamlardır. Bu yaşda çəltikçiliklə məşqul olmaq yaşınıza uyğun gəlirmi?»sualına Musa kişinin cavbı qısa oldu:

«Qabağa düşməsək ailələrimiz aclıq çəkər. Pensiyam 157 manatdır. Kimə çatar?»

Su, texnika və toxum problemi...

Musa kişi deyir ki, dövlət varlı dövlətdir. Çəltikçilərə 1-2 texnika verməklə kasblaşmaz. O deyir ki, əsas su, texnika bir də toxumdur. Bu üçü olsa əkilməmiş yer qalmaz. Lakin heç birisi yoxdur.

Çəltikçi Fariz Babyev isə deyir ki, susuzluqdan sahəsi yanmaq üzrədir. Onun sözlərinə görə iki gün bundan əvvəl su ilə bağlı nazirliklərə teleqrama vurub. Bundan sonra rayon suvar sistemin direktoru və digər vəzifəli adamlar onların yanında olublar. Su verildi və sahələr suvarılıb. Qərarə alıblar ki, hər 5 gündən bir suyu sahələrə buraxsınlar. O isə buna inanmır.

Suparıbağ kənd sakni çəltikiçi Elşad Nəsirov da suyun olmamasından gileylənir:

«Çoxu kredit götürüb, borc alıb əkib».

Astara çəltik əkənin əlləri, iyul, 2015-ci il.
Astara çəltik əkənin əlləri, iyul, 2015-ci il.

«Bizə indi əsasən su lazımdır. Havalar çox isti keçir. Vaxtında su verilməsə sahələr yancaq. Ondan sonra onu bərpa etmək çətin olacaq. Belə olsa növbəti il üçün heç kim əkmiyəcək. Çoxu kredit götürüb, borc alıb əkib. Mən də kredit götürüb əkmişəm. Əkin batandan sonra kimidir onu əkən. Texnika yoxdur. Toxumu İrandan gətirirk gömrük hər kiloya 1 manat rüsum alır. Baha başa gəlir. Bizi eşidən yoxdur. Suya görə müqaviləmiz var, pul köçürdürük. Bu ay bizə su lazımdır. Hanı?»

Sahədə rayon suvaram sistemi idarəsinin işçisi ilə görüşdük. Adının çəkilməsini istəməyən nəzarətçinin dediyinə görə, su İranla müştərk olan Astaraçaydan axıdılır. Çayın suyundan həm onlar həm də Azərbaycan tərəfi istifadə edir:

«İran daha çox su götürür, biz götürə bilmirik».

«İran tərəfinin suya nəzarət edən adamı həmişə çayın kənarındadır. Bizdə isə bu mümkün deyil. Astaraçay sərhəd daxilindədir. Çaya özümüz düşə bilmirik. Bunun üçün sərhəd zastavasının icazəsi olmalıdır. İcazəni də almaq müşükül işə çevrilib. Bizə sərhədçi qoşurlar və biz çaya enirik. Bəzən bəhanə gətirilər naryad yoxdur. Rayonun rəhbər adamları işə qarışandan sonra işlər qaydasına düşür. Digər tərəfdən İran daha çox su götürür, biz götürə bilmirik. Biz çaydan qaydandan sonra orda əyləşən adam suyu öz tərəfinə çəkir. Burda suvarma sistemləri idarəsinin günahı yoxdur. Başqa yerdə bu problemlər yaşanmır».

Yerli hakimiyyət orqanları isə bildirilər ki, çəltikçilik üçün nəzərdə tutulmuş texnikanın gətirilməsi barədə yuxarı orqanlara məlumat verilib. Çəltik toxumunun əldə edilməsi istiqamətində də iş görülür.

XS
SM
MD
LG