Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

MERS virusu Azərbaycana gəlsə...


Cənubi Koreyada MERS virusundan qorunan ana və uşağı, 2 iyun, 2015
Cənubi Koreyada MERS virusundan qorunan ana və uşağı, 2 iyun, 2015

-

Bir neçə ildir yayılan bu virus “Yaxın Şərq Nəfəs Sindromu” (Middle East Respiratory Syndrome MERS) adlanır. Rəsmi məlumatlara görə, bu virusa azı 750 nəfər yoluxub, onlardan 320 nəfəri ölüb.Dünyada “Quş qripi”, “Donuz qripi”, “Ebola” viruslarının ardınca daha bir virus – “Mers” virusu yayılıb.

Bu xəstəlik qripə bənzər simptomlarla başlayır, yüksək hərarət, öksürək, tənəffüs, böyrək çatışmazlığı və digər əlamətlərlə müşahidə edilir. Rəsmi məlumata görə, 2015-ci ildə qonşu iranda 3 nəfər MERS virusuna yoluxub, onlardan biri ölüb.

"XÜSUSİ TƏHLÜKƏLİ YOLUXUCU XƏSTƏLİK"

Resbublika Taun Əleyhinə Stansiyasının baş həkimi Rita İsmayılova deyir ki, Azərbaycanda bu virusun yayılma təhlükəsi yoxdur, amma vətəndaşlar diqqətli olmalıdırlar:

Cənubi Koreyada metroda MERS-ə qarşı dezinfeksiya tədbirləri
Cənubi Koreyada metroda MERS-ə qarşı dezinfeksiya tədbirləri

“MERS xüsusi təhlükəli yoluxucu xəstəlikdir. Özəlliklə, Cənubi Koreya və Yaxın Şərq ölkələrindən gələnləri yoxlayırıq. Xəstəliyin simptomlarına oxşar əlamətlər görəndə həmin şəxslər nəzarətdə saxlanılır. İnsanlara əllərini tez-tez sabunla yumaq, ictimai nəqliyyat və digər yerlərdə olarkən dizenfeksiya edici sulu salfetlərlə əllərini silmək və digər proflaktik tədbirlər görülməsi tövsiyə olunur”.

Rita İsmayılova sonda qeyd edir ki, Azərbaycanda MERS virusunun yoxlanılması üçün xüsusi laboratoriya var.

“ARXAYINLAŞMAQ OLMAZ”

Tibbi eskpert Adil Qeybulla düşünür ki, bu virusun Azərbaycanda yayılma təhlükəsi yoxdur deyərək, arxayınlaşmaq olmaz:

Azərbaycan əhalisi miqarsiya edir. Təəssüflər olsun ki, miqrasiya ilə bağlı dəqiq statistika aparılmır. Düşünürəm ki, bu virusun Azərbaycanda yayılma təhlükə yoxdur deyərək, arxayınlaşmaq olmaz.

“Hava yolu ilə keçən infeksiya və viruslar harada yayılmasından aslı olmayaraq bütün yer kürəsi üçün risklidir. MERS virusu ilə bağlı həyəcan siqnalları var.

Adil Qeybulla
Adil Qeybulla

Özəlliklə, yeni yayılan və mübarizə üsulları tam təkmilləşməyən virusların yayılma riski daha təhlükəlidir. Yaxın Şərq, Səudiyyə Ərəbistanında yayılan bu virus Cənubi Koreyaya qədər yayılıbsa, digər ölkələrdə də yayılma ehtimalı var. Artıq Ümumdünya Səhiyyə təşkilatı virusla mübarizə yolları ilə bağlı tövsiyələrini verib. Azərbaycan əhalisi miqarsiya edir. Təəssüflər olsun ki, miqrasiya ilə bağlı dəqiq statistika aparılmır. Düşünürəm ki, bu virusun Azərbaycanda yayılma təhlükə yoxdur deyərək, arxayınlaşmaq olmaz və mübarizə aparılmalıdr”.

2015-Cİ İLDƏ CƏNUBİ KOREYA VƏ İRANDA…

Cənubi Koreyada MERS virusunun yayılması haqda 2015-ci ildə rəsmi məlumat verilib. İyunun sonuna olan son məlumata görə, bu virusa 172 nəfər yoluxub, onlardan 27 nəfəri ölüb.

Bu ilin mayında İranda 53 yaşlı bir qadın bu virusdan ölüb. Daha iki qızın isə virusa yoluxduğu bildirilirDİ. O zaman İranın səhiyyə naziri demişdi ki, onların virusa necə yoluxmaları məlum deyil və bu məsələ araşdırılır.

XS
SM
MD
LG