Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

"Qara siyahı"ya salınan müğənni: "Axmaq qərardı"


Lyubov Kazarnovskaya
Lyubov Kazarnovskaya

-

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskaya-nı Qarabağa icazəsiz səfər etdiyinə görə “qara siyahı”ya salıb.

Azərbaycan rəsmilərinin məlumatına görə, müğənni bununla Azərbaycanın sərhədlər haqqında qanunvericiliyini pozub, Ermənistanın Azərbaycana qarşı aqressiv işğalını təbliğ edib.

Xarici xəbər agentlikləri yazır ki, Kazarnovskaya Azərbaycan hökumətinin bu qərarını “axmaq” adlandırıb:

“Mən Dağlıq Qarabağa mədəni missiya ilə getmişdim. Dağlıq Qarabağın əhalisi müharibə istəmir. Onlar sülh istəyir. Onlar dünyaya körpə gətirmək və musiqi səsi eşitmək istəyirlər. Təsəvvür edə bilməzsiniz ki, biz orda nə qədər sevgi və sevinclə qarşılaşdıq”.

Kazarnovskaya Dağlıq Qarabağda musiqi festivalında iştirak edib. O deyib ki, başqa bir opera müğənnisi Montserrat Caballe də “qara siyahı”ya salınmışdı, onun yolunu getməkdən məmnundur:Agentliklər yazır ki, müğənni Dağlıq Qarabağ-ın adını erməni tərəfi kimi səsləndirib.

“İnsanın ruhu siyasəti və aqressiyanı ötüb keçir. Musiqini bizə Yaradan bəxş edib”.

Kazarnovskaya festivala öz tələbələri ilə qatılıb.

XS
SM
MD
LG