Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:29

Nazir də ucuz təyyarə bileti istəyir, amma...


Azal-ın təyyarələrindən biri.
Azal-ın təyyarələrindən biri.

.

ƏBÜLFƏZ QARAYEV BİLETİN BAHALIĞINI BELƏ İZAH EDİR...

“Təsəvvür edirsinizmi insanlar ucuz qiymətə Gürcüstandan hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var. Əlbəttə, mən də arzu edərdim ki, aviabiletlərin qiymətləri daha ucuz olsun. Mənim ailəm də, dostlarım da xaricə uçurlar. Amma qiymətləri bazar tənzimləyir”.

APA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev belə deyir. O, son zamanlar sosial şəbəkələrdə, mətbuatda Azərbaycan Hava Yollarının biletləri həddən artıq baha satması ilə bağlı yayılan iradlara münasibət bildirib.

Nazir Azərbaycandan başqa ölkələrə çarter uçuşlarının da təşkil olunduğunu deyib:

“Məsələn, yay mövsümündə Monteneqro və Macarıstana reyslər təşkil edilir. Çarter reyslərinin qiyməti daha ucuzdur, nəinki standart qiymətlər.

Yəqin ki, Gürcüstan və Rusiyada da ucuz paket təklif edən uçuşlar var. Aviaşirkətlərin rəqəmləri müəyyən xərclərin üzərində qurulur. Azərbaycan aviasiya şirkəti regionda aparıcıdır. Onun xərclədiyi vəsait sərnişinlər tərəfindən kompensasiya olunmalıdır.

Azərbaycanda da turizm və aviasiya şirkətləri birgə çarter uçuşları təşkil etməyi nəzərdə tuturlar. Həmin uçuşlarda qiymətlər daha ucuz olacaq”.

AZAL: BİZİ LUFTHANSA İLƏ MÜQAYİSƏ EDİN

Macarıstanın «Wizzair» şirkəti bu ilin martında Bakı-Budapeşt-Bakı reysini ləğv edəndən sonra sosial şəbəkələrdə AzAL-ın uçuş qiymətləri müzakirəyə səbəb olub. Qonşu Gürcüstanla paralellik aparanlar və bəzi iqtisadçılar bu qənaətə gəliblər ki, AzAL qiymətləri süni şəkildə şişirdir, hava limanında monopoliya yaradıb qiymət diktə edir və ucuz xidmət göstərən «Wizzair», «Pegasus» kimi aviaşirkətləri ölkəyə buraxmır.

İddialarla bağlı AzadlıqRadiosuna müsahibəsində AzAL Dövlət Konserni mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib ki, AzAL-ı Tbilisidən uçan təyyarələrlə müqayisə etmək düz deyil:

«Mən o müqayisələri oxumuşam. Siz bizi Almaniyanın «Lufthansa» şirkəti ilə müqayisə edin. Görün, «Lufthansa» neçəyə uçur, biz neçəyə uçuruq. Bizim təyyarələr Avropa, Amerika istehsalıdır, başdan-ayağa komfortdur, servisimiz yüksəkdir».

XS
SM
MD
LG