Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

AZAL təsdiqləmir


“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. Fins.az-a açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov deyib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”. Bir az əvvəl Aznews.az xəbər yaymışdı ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL məktub göndərib, Bakı-İstanbul reysinə biletin 90 dollar olması ilə bağlı "göstəriş verib".Ancaq xəbərdə o da deyilirdi ki,bu yeni qiymətin nə vaxtdan qüvvəyə minəcəyi bəlli deyil. ​

İyulıun 13-də Nazirlər Kabinetinin iclasında İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir.

“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?”

XS
SM
MD
LG