Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:35

Elman Rüstəmov:Kreditlərin bağışlanacağı əsassızdır


Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov kreditlərin silinəcəyi barədə gəzən şaiyələrə münasibətini bildirib.

Fins.az-ın məlumatına görə, dövlət televiziyasına müsahibəsində Elman Rüstəmov bildirib ki, əhali arasında, bəzi kütləvi informasiya vasitələrində kreditlərin bağışlanacağı barədə gəzən söz-söhbətlər əsassızdır:

“Bankların verdikləri kredit əhalinin, başqa bir vətəndaşın puludur. Nə baş verir? Yəqin ki, məsələ haqqında danışmağa dəyər. Mənə rast gəlib ki, yaşlı vətəndaş problemli vaxtında öz evini satıb dolanmağa qərar verib. O, satdığı evin pulunu gətirib məlum banka yatırıb. Bank da həmin pulu daha aktiv vətəndaşlara verib, hansı ki, biznes qurmaq, öz uşağına təhsil vermək istəyir və s. Baryerin bir tərəfində 60 yaşlı, həyatını yaşamış, artıq təqaüdçü olmuş evini satmış və pulunu banka yatırmış şəxsdir. Mən bununla rastlaşmışam, həmin adamın problemini həll etdik, həll olunan problem idi. Onun banka yatırdığı pulu onlarla başqa aktiv vətəndaş götürüb. Sabah bu kreditlər qayıtmır, deyilir ki, kreditlər bağışlanmalıdır. Kimin hesabına? Çox vaxt bank düşünülür. Bank ortada vasitəçidir, bankın o qədər vəsaiti olmur. Bankın öz kapitalı, onun cəmi aktivlərinin 10%-ni təşkil edir. Banklardakı pulların 90%-i vətəndaşların puludur. Buna görə mənəvi baxımdan düşünmək lazımdır, biz deyəndə ki, kreditlər silinməlidir, bağışlanmalıdır, kimin pulları!? Passiv vətəndaşın?! Hansı ki, o əmanətlər hesabına yaşamaq istəyir. Hökmən dərk etmək lazımdır ki, bank vasitəçidir”.

XS
SM
MD
LG