Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:02

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:30 29.10.2015

HAKİM XƏDİCƏ İSMAYILI "HÜQUQUNDAN İSTİFADƏYƏ" MƏCBUR ETMƏK İSTƏYİR

Hakim bildirib ki, tərəfin Appelyasi Məhkəməsinin ilkin iclasından bir ay müddətinə kassasiya şikayəti vermək hüququ var. Hakim Xədicə İsmayıldan soruşub ki, qərarı alıb belə kassasiya şikayəti veribmi?

Amma vəkil və Xədicə İsmayıl belə kassasiya şikayəti vermək istəmədiklərini, prosesin davam etdirilməsini istədiklərini deyiblər. Amma hakim yenə də qərara gəlib ki, bu məhkəmə noyabrın 19-a qədər təxirə salınsın ki, Xədicə İsmayıl istəsə Appelyasiya Məhkəməsinin islasından kassasiya şikayəti verə bilsin. Halbuki Xədicə İsmayıl belə şikayət vermək istəmədiklərini, prosesin davam etdirilməsinin lazım olduğunu bildirir.

Vəkil Fariz Namazlı hakimin bu qərarını belə izah edir:

Vəkil Fariz Namazlı Xədicə İsmayılın məhkəməsinin təxirə salınması qərarı barədə
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

15:17 29.10.2015

Məhkəmə təxirə salındı.

Az sonra ətraflı məlumatımız olacaq.

10:16 29.10.2015

Bu gün Xədicə İsmayılın apellyasiya məhkəməsi davam edəcək

Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılın şikayətinə baxır.

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayılı 7 il yarım azadlıqdan məhrum edib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilib.

Apellyasiya Məhkəməsinin bu gün qərarını açıqlayacağı gözlənir.

Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs olunub. Jurnalist ona qarşı ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

18:54 15.10.2015

Davamı

XS
SM
MD
LG