Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:30

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

14:06 11.8.2015

«Tanış adam görmədim»

«Məhkəmə zalında demək olar ki, tanış adam görmədim, əksəriyyət yad adamlar idi. Nəvəmdən soruşdum bunlar kimdir, dedi əmi uşaqlarım. Dedim, onda məni bu qohumlarımla tanış et».

Bunu Xədicə İsmayılın məhkəməsində iştirak etmiş anası Elmira İsmayılova ironiya ilə deyir. Bildirir ki, bu gün də məhkəmə zalı tanımadıqları adamlarla doldurulub.

Elmira İsmayılova Xədicənin əhval-ruhiyyəsinin çox yaxşı olduğunu da deyib.

Məhkəmə prosesi günortadan sonra davam edəcək.

15:36 11.8.2015

Şahidlər dindirilir

İndilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın məhkəməsi davam etdirilir.

Xarici ölkə səfirliklərinin nümayəndələri zala daxil olub. Bir neçə media orqanı təmsilçiləri istisna olmaqla jurnalistlərin əksəriyyəti bayırda qalıb.

Məhkəmədə şahidlər dindirilir.

11:38 12.8.2015

12 avqust - Bu gün Xədicənin iki məhkəməsi var.

11:39 12.8.2015

Ali Məhkəmədə Xədicənin şikayətinə baxılır

Avqustun 12-də Ali Məhkəmədə araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayətinə baxılır.

Bu ilin fevralında məhkəmənin qərarı ilə jurnalist 2500 manat cərimələnib. Buna səbəb Elman Türkoğlunun Xədicə İsmayılı onun haqqında iki sənəd yaymaqda günahlandırmasıdır. Bu sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində isə 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur. Xədicə İsmayıl ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adını və onun şəxsiyyətini müəyyənləşdirə biləcək məlumatları sildikdən sonra yaydığını bildirib.

Məhkəmənin qərarından narazı qalan jurnalist şikayət verib.

Məhkəmədən öncə Elman Türkoğlu AzadlıqRadiosuna deyib ki, Xədicə İsmayıl sənədləri ona təqdim edənin kimliyini açıqlasa, şikayətini geri götürəcək.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir. AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Davamı

XS
SM
MD
LG