Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Bakıda su problemi həll olunubmu?


Arxiv fotosu
Arxiv fotosu

-

"Azərsu" deyir qəza aradan qaldırılıb, sakinlərsə deyir ki, su ya gəlmir, ya da zəif gəlir.

“Azərsu” Bakıdakı su probleminin tamamilə aradan qaldırıldığını, sakinlərsə hələ də su təminatında problemlər olduğunu deyirlər.

İyulun 11-də Bakını içməli su ilə təmin edən "Kür Su Təmizləyici Qurğular Kompleksi"ndəki boruda qəza olub. “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, su borusu bərpa olunub və paytaxt su ilə təmin edilib.

Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

ƏHALİ QALIB SUSUZ...

Bakının Yasamal rayonunda yaşayan, Birinci Alatava sakini Məcid Həsənli deyir ki, onlara hələ də su verilişində problem var:

“Bizim ev Nəqliyyat Nazirliyinin yanındadır. Su verilişində heç vaxt problem olmurdu. Amma 5-6 gündür ciddi problemlərimiz var. İlk 2-3 gün tamamilə su olmadı. İndi də fasilələrlə, zəif gəlir. Motoru, bakı olanların işi bir az yaxşıdır. Bakı olmayanlar qalıb, susuz. Nooldu bir qəzanı bir həftədir aradan qaldıra bilmədirlər? Lider TV-dən düz Nəqliyyat Nazirliyinə tərəf bütün qonşular, hamı susuz qalıb”.

Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

"BİRCƏ ƏHMƏDLİDƏ PROBLEM VAR"

Praqada belə bir problem yaranarsa, dərhal ictimaiyyətə məlumat verilir, suyun nə vaxt bərpa ediləcəyi açıqlanır. Həmin müddətdə isə su olmayan binaların qarşısında yerli su idarəsi su maşınları saxlayır. Su gələnə qədər əhali həmin maşınlardan istifadə edir.

Qəza özəlliklə, Yasamal, Səbayel və Binəqədi rayonlarının su təminatına problem yaradıb. Anar Cəbrayıllı su olmaması ilə bağlı deyilənləri təkzib edir:

“Bakını su ilə təmin edən, 30 ildir istismarda olan su xəttində qəza olub. Qəza və tikinti briqadası vəziyyəti iki gün içində aradan qaldırdı. Qəza olan boru xətti yenisi ilə əvəzləndi. İndi Bakıda su verilişində problem yoxdur. Bir az Əhmədli rayonunun su təminatında problemlər var. Onu da yaxın günlərdə həll edəcəyik”.

PRAQA TƏCRÜBƏSİ...

Bu cür qəzalar bütün ölkələrdə baş verir və su təminatında problemlər olur. Məsələn, Praqada belə bir problem yaranarsa, dərhal ictimaiyyətə məlumat verilir, suyun nə vaxt bərpa ediləcəyi açıqlanır. Həmin müddətdə isə su olmayan binaların qarşısında yerli su idarəsi su maşınları saxlayır. Su gələnə qədər əhali həmin maşınlardan istifadə edir.

XS
SM
MD
LG