Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:56

298 sərnişinin ölümündən bir il ötür


Sakin: "Ətrafda parçalanmış cəsədlər vardı"
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

298 sərnişinin ölümündən bir il ötür

-

“Mən uzaqdan gördüm ki, bir təyyarə uçur, qəfildən tikə-parça oldu. Elə bildim bizi bombalayırlar.

Mənim evimin üstündən keçib uzaqlaşandan sonra partladı. Böyük alov çıxdı, ətrafı tüstü bürüdü.”

Ukraynanın Harbove əyalətinin sakini Alexsandr Pereverzev Malayziya təyyarəsinin qəzaya uğramasından danışır.

O, hadisəni görən şahidlərdən biridir. Keçən ilin iyununda baş verənləri dünən olmuş kimi xatırladığını deyir. Daha bir sakin də yaddaşını qurdalayır və danışır:

“Həyətimizdə meyit yerə düşüb iki hissəyə parçalanmışdı. Ərim onu görsə də, əslində nə baş verdiyini anlaya bilmirdi, gördüklərindən matı-mutu qurumuşdu. Jenya, Jenya deyə ona səsləndim… Məni gördü, dedi, şükür ki, sən sağ-salamatsan.. Dedi ki, həyətdə meyit var- tikə -tikə olub. Deyəsən kiminsə evini bombalayıblar. Biz nə baş verdiyini anlamırdıq.”

Ukraynanın Hrabove kəndi yaxınlığında Malayziya hava yollarının havada partlayan təyyarəsində 298 nəfər həlak olub.

“CƏSƏDLƏR SƏPƏLƏNMİŞDİ, ƏL-AYAQ HƏRƏSİ BİR TƏRƏFDƏ İDİ”

MH17-nin qalıqları, 17 iyul, 2014
MH17-nin qalıqları, 17 iyul, 2014

Hrabove kənd icra nümayəndəliyinin rəhbəri Vladimir Berezhnoy partlayışdan sonrakı durumu ilk görənlərdən biridir. O, deyir ki, əvvəlcə kiçik təyyarənin qəzaya uğradığını düşünüblər:

Hadisənin ildönümü ilə əlaqədar bir neçə gündür ki, təyyarənin düşdüyü həmin əraziyə insanlar gül, taxtadan xaç, oyuncaq gətirməklə ölənləri yad edirlər.

“Biz səsə bayıra qaçanda təpənin başında elə də böyük tüstü yox idi. Lakin ordan gələnlər dedi ki, təpənin başında dəhşətli mənzərə var. Biz ora qaçdıq. Ətrafda insan cəsədləri vardı, əl, ayaq hərəsi bir tərəfdə idi. Çox dəhşətli mənzərə idi”.

Hadisənin ildönümü ilə əlaqədar bir neçə gündür ki, təyyarənin düşdüyü həmin əraziyə insanlar gül, taxtadan xaç, oyuncaq gətirməklə ölənləri yad edirlər.

Hadisədə ən çox itkini Hollandiya vermişdi - 193 vətəndaşının hamısı qəzada ölmüşdü. Avstraliya, Malayziya, Böyük Britaniya və Almaniyadan da xeyli adam həyatını itirmişdi.

Amerika kəşfiyyatının nümayəndəsi hesab edir ki, bu təyyarə «yer-hava» raketi ilə vurulub.

Təyyarə qəzasının ildönümünə yaxın Malayziya höküməti BMT təhlükəsizlik Şurasından beynəlxalq tribunal yaradılmasını xahiş edib. Səbəb də, bu hadisədə günahı olanların cəzalandırılmasını təmin etməkdir. Bununla bağlı qətnamə layihəsi hazırlanıb. Layihə 5 ölkə -Malayziya, Avstraliya, Hollandiya, Belçika, Ukraynanın birgə təşəbbüsüdür.

TƏYYARƏ QƏZASININ GÜNAHKARLARI BƏLLİ OLACAQ...

Boeing-777 təyyarəsi 2014-cü il iyulun 17-də Amsterdamdan Kuala Lumpura uçurdu. Təyyarə ilə əlaqə itməzdən əvvəl o, Ukrayna səmasında idi və Rusiya hava məkanına yaxınlaşırdı.

Təyyarənin düşdüyü əraziyə rusiyayönlü separatçılar nəzarət edirdi.

Ukrayna və Qərb ölkələri MH17-nin vurulmasında Ukraynanın şərqindəki rusiyayönlü qüvvələri ittiham edirlər. Həm Rusiya, həm də üsyançılar bu ittihamları qəbul etmirlər.

Ukrayna separatçıların təyyarəni Rusiyadan gələn "Buk" raketi ilə vurduğunu iddia edir.
Ukrayna separatçıların təyyarəni Rusiyadan gələn "Buk" raketi ilə vurduğunu iddia edir.

Amerika kəşfiyyatının nümayəndəsi hesab edir ki, bu təyyarə «yer-hava» raketi ilə vurulub.

Bir neçə dövlətin tədqiqatçıları qəza səbəbini araşdırmaq üçün uzun müddətdir birgə çalışırlar. Araşdırmanın yekun hesabatı bu ilin sonuna hazır olacaq. Tədqiqata Hollandiya rəhbərlik edir.

Bir çox insan kimi Hrabove kənd icra nümayəndəliyinin rəhbəri Vladimir Berezhnoy da araşdırma nəticələrinin açıqlanacağı günü səbirsizliklə gözləyir:

“Əlbəttə bilmək istərdik ki, günahkar kimdir. Biz sentyabrı gözləyirik. Deyiblər ki, sentyabrda beynəlxalq axtarışın nəticələri açıqlanacaq. biz və bütün dünya əsl günahkarın kim olduğunu biləcəyik.”

XS
SM
MD
LG