Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:33

Uyğurların Ramazan əziyyəti başa çatır


-

Ramazan ayı başlar-başlamaz Çin rəhbərliyi uyğurlara oruc tutmağı qadağan etmişdi.

Ərzaq və Dərman Administrasiyası bildirmişdi ki, ictimai iaşə obyektləri əvvəlki rejimdə işləməlidir. Oruc saatlarında da yemək xidməti göstərməlidir. Sintszyan əyalətinin rəsmilərinə oruc tutmamaq, qədr gecələri oyaq qalmamaq və başqa dini ibadətlərlə məşğul olmamaq barədə xəbərdarlıq edilmişdi.

Azad Asiya Radiosunun əldə etdiyi sənəddən belə görünür ki, Pekin yerli rəsmilərdən siyasi fəallıq göstərən uyğur ailələri gecə-gündüz xüsusi nəzarətdə saxlamağı, onlar haqqında hər səhər və axşam məlumat verməyi tapşırıb.

Oruc qadağası uyğurlarla hanlar arasında münaqişədə yeni taktikadır. Çinin bu iki xalqı arasında ziddiyyət İslamdan xeyli əvvəl başlayıb. Bu ziddiyyətin kökündə uyğurların Çindən ayrılıb, Han hakimiyyətindən azad olmaq istəyi durur. Uyğurlara görə, Çində onların mədəniyyətini, eləcə də özlərini bir xalq olaraq yox etməyə çalışırlar. (Ardı aşağıda)

Bakıda uyğurlara dəstək üçün Çin səfirliyi önündə aksiya

1949-cu il inqilabından sonra yeni Çin hökuməti əvvəllər sınaqdan çıxarılmış metoda əl atır. Sintszyan əyalətinə işləmək və yaşamaq üçün çoxlu sayda han göndərir. 1990-cı illərdə burada neft və qaz aşkar edildikdən sonra hanların axını sürətlənir. Hazırda Sintszyanda gəlmə hanlarla yerli uyğurların sayı, demək olar ki, bərabərdir.

Hanların gəlişi ilə zorakılıq halları da artır. 1997-ci ildə Yining şəhərindəki qiyamdan sonra paytaxt Urumçi bombardman edilir. Yüzlərlə adam ölür.

Son iki ildə uyğurların küçədə, avtobus və qatar stansiyalarında hanlara hücum halları olub. Bu hücumların ardınca hər dəfə polis və hərbi qüvvələr onlarla uyğuru öldürüb. Elə Ramazan ayı başlayandan üç Çin polisi və 18 uyğur öldürülüb.

Son qadağalara görə, yaşlılardan savayı digər uyğur kişilər saqqal uzada bilməzlər. Qadınlara hicab geyinmək olmaz. 18 yaşından kiçiklərə məscidə giriş qadağandır.

Ən sonda oruc tutmağın da qadağan edilməsi Sintszyandan çox-çox uzaqlarda, 300 min uyğurun sığındığı Türkiyədə müsəlmanların səbr kasasını doldurub. Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Çin hakimiyyətinin qərarından təəssüfləndiyini bildirib.

Uyğurlara göstərilən münasibətə etiraz olaraq iyunun sonundan Türkiyədə keçirilən etiraz aksiyalarında Çin bayraqları yandırılıb. Türklərə məxsus Çin restoranları dağıdılıb. Çin Türkiyəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.

İyulun 9-da Tailand hökumətinin bu ölkəyə sığınmış 109 uyğuru Çinə təslim etməsi xəbəri Türkiyədəki etirazçıların hiddətini daha da artırdı. Nümayişlərə görə Tailand Ankaradakı səfirliyini və İstanbuldakı konsulluğunu bağlamalı oldu.

Çindən qaçan uyğurlar Türkiyəyə yerləşmək arzusu ilə adətən müvəqqəti olaraq cənub-şərqi Asiya ölkələrinə pənah gətirirlər. İyulun 9-da deportasiya olunan uyğurlar bir ili idi ki, Tailandda idilər. Onlar türk olduqlarına görə Türkiyəyə göndərilmələrini istəyirdilər.

Çin uzun illər çalışıb ki, bu məsələ panislam görkəmi almasın, uyğurlar dünyada sadəcə separatçı kimi tanınsın.

Türkiyənin sərt reaksiyası qarşısında duruxan Tailand hökuməti ölkəsində qalan digər uyğuların Türkiyəyə getməsinə icazə verib. Banqkok deportasiyanı Çinin ekstradisiya xahişi ilə əsaslandırıb. Pekin ona təhvil verilən 109 uyğurun əslində ekstremist qruplara qoşulmaq üçün Yaxın Şərqə getməyi planlaşdırdıqlarını iddia edib. Onlardan 13-nün isə terror aktında iştirak etdiyini bildirib. Pekinin terror aktı adlandırdığı bu tip aktlarda uyğurların əsas silahı bıçaq, balta və ya ülgüc olur.

Pekin Sintszyan əyalətini terrorçuluğun, dini ekstremizmin və separatçılığın yayıldığı ərazi kimi təqdim edir. Çin uzun illər çalışıb ki, bu məsələ panislam görkəmi almasın, uyğurlar dünyada sadəcə separatçı kimi tanınsın. Ancaq son dini qadağalar dünya ictimaiyyətində, ilk növbədə isə Türkiyədə Çinin arzulamadığı təəssüratı oyatdı. Çinlə Türkiyə arasında isə əhalisi uyğurlarla eyni soydan gələn Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycan yerləşir.

S. Tümtürk: Uyğurların vəkil tutma hüququ yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

XS
SM
MD
LG