Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:29

Ər arvadını satıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Gürcüstanda azərbaycanlı ər öz arvadını fahişəliyə cəlb etdiyi üçün saxlanıb.

Bu barədə «Trend»in Gürcüstan müxbiri xəbər verir.

Məlumatda deyilir ki, Nəzair Hacıyev adlı azərbaycanlı Türkiyədə 23 yaşlı xanımını bir fahişəxanaya satıb.

Cütlük Türkiyəyə bal ayı keçirmək adı ilə gəlib, ancaq əri azərbaycanlı olan xanımını bir kafedə 300 dollara satıb. Qadın iki ay sonra ona vurulan bir müştərinin köməyi ilə oradan xilas ola bilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi operativ əməliyyat departamentinin əməkdaşları Nəzair Hacıyevi saxlayıb. Departamentin təmsilçisi Levan Gurgenidze deyib ki, qadın hazırda reabilitasiya kursu keçir.

XS
SM
MD
LG