Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:45

Tacikistan: Skype-la evlənmə, SMS-lə boşanma…


Ailə məsələlərində taciklər deyəsən yeni texnologiyalardan tam faydalanmağa başlayıblar

Farangis Najibullah və Ganjinai Ganj

Tacikistan paytaxtının sakini, 27 yaşlı iqtisadçı Shahnoza Idrisova öz toy şəklini fəxrlə nümayiş etdirir. Bu şəkildə o, ağ gəlinlik libasındadır və tacik adətlərinə uyğun olaraq içi su ilə dolu ağ kasanı gələcək qaynanasının əlindən götürür.

Lakin bəy heç yerdə gözə dəymir.

Bu ona görə baş verib ki, foto, evlənən cüt öz qərarlarını videochat xidməti ilə paylaşdıqdan bir neçə dəqiqə sonra çəkilib.

Bu həmin ölkədir ki, burada SMS boşanmaları din liderlərinin xüsusi fətva ilə belə hərəkətləri qadağan etməsinə səbəb olub.

Tacikistan dünyanın ən yüksək texnologiyalı ölkəsi olmasa da, söhbət ailə qurmaqdan gedəndə, İdrisova və başqa gənc taciklər yeni texnologiyalardan tam faydalanmağa can atırlar.

Bu həmin ölkədir ki, burada SMS boşanmaları din liderlərinin xüsusi fətva ilə belə hərəkətləri qadağan etməsinə səbəb olub. Bəli, ruhani liderlər və mühafizəkarlar Skype-da evlənmə, SMS-lə ayrılma kimi reallıqları qəbul etməli olurlar.

Məsələn, İdrisovanın nikahı valideynlərinin əhatəsində, Düşənbədəki mənzilində baş verib və kəbini yerli molla kəsib. Təzəbəy Pərviz isə mərasimə noutbukdakı görüntüsü ilə “qatılıb”.

“Bu,gəlinlik paltarı qonaqları, əla yeməkləri ilə normal bir toy idi – deyə xatırlayır İdrisova, - Fərq onda idi ki, Pərviz həmin vaxt Tunisdəydi.”

Gəlin bəy evindədir, bəysə “viza düzəldir”

Onlar nişan üzüklərini bir ay sonra İdrisova Tunisə gedəndə taxıblar. Pərviz orada beşillik kontraktla tərcüməçi kimi işləyir.

“Pərviz iş üçün bu kontraktı əldə edəndə, biz artıq on il idi ki, görüşürdük, amma o təcili qaydada xaricə getməli oldu, - deyir təzə gəlin, - Atam nikahımız olmadan mənim onunla getməyimə razılıq vermədi. Biz isə Pərvizin qayıtması üçün daha beş il gözləməməyi qərara aldıq və Skype dadımıza çatdı”.

İnternetdə tanış olub evlənən çox sayda tacik var. Vaxt gələcək, Skype evlənmələri də normsl hal sayılacaq

İdrisova deyir ki, onlar da bütün başqa taciklər kimi nikahlarında bütün dini qaydalara əməl ediblər.

Əhalisinin əksəriyyəti müsəlman olan Tacikistanda nikahsız birgəyaşayışa pis baxılır.

Lakin taciklər həm də Rusiya və Qazaxıstanda, habelə uzaq xaricdə ucuz əməkçi qüvvəsi hesab olunurlar. Rusiyanın rəsmi rəqəmlərinə görə Tacikistanın 8, 5 milyonluq əhalisindən bu ölkədə 1,2 milyon insan miqrant işçi kimi çalışır.

Odur ki, Skype nikahları hətta Tacikistanın ucqar yerlərində də baş verir, halbuki oralarda cəmiyyət daha mühafizəkardır.

Düşənbə yaxınlığında yerləşən Tursunzoda şəhərindən evdar qadın Alambi Murodovanın 29 yaşlı oğlu Kanadada yaşayır və o da bu yaxınlarda Skype-la evlənib.

Bir kənddən olan iki taciki “Odnoklassniki” tanış edib

O deyir ki, rusdilli “Odnoklassniki” sosial saytı onun oğlu Səidehsanla elə həmin kənddən olan 24 yaşlı xanımı Sayoranın tanışlığına imkan yaradıb.

Gənclər Tursunzodada sadə toy edəcənədək iki il internetdə “görüşüblər”. Bu nikah, aralarında 10 min kilometr məsafə olan Tacikistan və Kanadanı birləşdirib.

Murodova deyir ki, bütün analar kimi o da oğul toyu arzulayıtmış, lakin övladı maliyyə və viza çətinliklərinə görə Kanadadan gələ bilmirmiş.

Gənclərin evlilik həyatı ayrı yaşayışla başlanıb. Sayora hazırda Tursunzodada qaynanası və onun ailəsi ilə yaşayır. Səidehsan isə hələ də Şimali Amerikadadır. Lakin onlar əvvəl-axır qovuşmağı düşünürlər.

Murodova deyir ki, oğlu öz arvadı üçün viza düzəltməyə çalışır.

Hökumətin gözündə Skype-la kəbin birdir

Lakin bu, ailə qovuşması olmayacaq, çünki Tacikistan Skype nikahlarını tanımayıb.

Qatı dünyəvi siyasət yürüdən Tacikistan, gəlin və bəyin iştirakı ilə kəsilmişdini kəbinləri də rəsmən tanımır.

Əgər gəlinlə bəyin ulduzları barışıbsa, necə və harada, internetdə, və ya küçədətanış olmalarının əhəmiyyəti yoxdur, evlilik uğurlu olacaq

Taciklər kəbini adətən vətəndaş aktından sonra kəsdirirlər.

Bəzi tacik mollalar isə Skype evlənmələrini qanuni saymırlar.

Lakin əksər taciklər bildirirlər ki, Skype-la evlənmələr bundan sonra da davam edəcək.

“Əgər gəlinlə bəyin ulduzları barışıbsa, necə və harada, internetdə, və ya küçədətanış olmalarının əhəmiyyəti yoxdur, evlilik uğurlu olacaq” – deyir Düşənbədəki Ailə və Nikah Mərkəzinin rəhbəri Marhabo Zununova.

"İnternetdə tanış olub evlənən çox sayda tacik var. Vaxt gələcək, Skype evlənmələri də normsl hal sayılacaq” – deyə bildirir Zununova.

Lakin o xəbərdarlıq edir ki, internetlə evlənmə naqis adamların əlində insan qaçaqmalçılığı üçün alət də ola bilər.

Tacikistanda neçə nəfərin Skype-la evləndiyi barədə statistik məlumat yoxdur, lakin AzadlıqRadiosunun tacik xidməti belə cütlərdən beşi ilə söhbət edib.

Onların hamısı 20-30 yaş arasındadırlar.

XS
SM
MD
LG