Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:28

Senator İlham Əliyevə tələblərini bildirib


Senator Benjamin Cardin
Senator Benjamin Cardin

ABŞ Senatı Xarici Əlaqələr Komitəsi sədrinin müavini senator Ben Cardin Leyla və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmünü qətiyyətlə pisləyib

ABŞ Senatı Xarici Əlaqələr Komitəsi sədrinin müavini senator Ben Cardin Azərbaycanda vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmü ilə bağlı bəyanat verib.

Senator Cardin Azərbaycan prezidenti İlham Əliyevi insan haqları pozuntularının dayandırılmasına, mətbuat azadlığına hörmət edilməsinə və AzadlıqRadiosu Bakı bürosunun təkrar açılmasına çağırıb

Senatın yaydığı mətbuat məlumatında bildirilir ki, senator Cardin bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevi insan haqları pozuntularının dayandırılmasına, mətbuat azadlığına hörmət edilməsinə və AzadlıqRadiosu Bakı bürosunun təkrar açılmasına çağırıb.

“Mən Leyla və Arif Yunus barəsində bu gün çıxarılmış hökmdən dərin narahatlıq keçirdiyimi bildirirəm. Onlar çox illər ərzində Azərbaycana dinc şəkildə demokratiyanın gətirilməsi üçün yorulmadan işləyiblər və elə həmin müddətdə də hökumətdən təqib görüblər” – deyilir senatorun bəyanatında.

“Biz bu gün onlara ağır həbsxana cəzasının verilməsini pisləyir və eyni zamanda onların başqalarına ilham olacaq güc və dözüm hisslərini alqışlayırıq” – deyib Senat komitəsinin vəzifəli üzvü.

Ben Cardin: Biz bu gün onlara ağır həbsxana cəzasının verilməsini pisləyir və eyni zamanda onların başqalarına ilham olacaq güc və dözüm hisslərini alqışlayırıq

Ben Cardin bəyanatının sonunda Azərbaycanda qanunun aliliyinin bərqərar olunması və Leyla və Arif Yunusun azad edilməsi üçün səylərini əsirgəməyəcəyini vəd edib.

Senator Cardin həm də Senatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının həmsədridir.

XS
SM
MD
LG