Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:42

İlqar Məmmədov karsa salınıb?


-

Avqustun 14-də 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İlqar Məmmədovun cəza kamerasına (karsa) salındığı deyilir.

Penitensiar Xidmət bu xəbəri təkzib edir. Vəkil Fuad Ağayevsə deyir ki, onlara daxil olan məlumata görə, İlqar Məmmədov ya karsa salınıb, ya da belə bir təhlükə ilə üzləşib:

“Bizə axşam bu haqda xəbər daxil oldu. Penitensiar Xidmət bu xəbəri təkzib edir. Ola bilər ki, o indi karsda deyil, amma çox böyük ehtimal ki, belə bir təhlükə ilə üzləşib”.

İlqar Məmmədov günün əvvəlində bəyanat yaymışdı. Bəyanatda həbsxana rəhbərliyinin onu ölkə başçısının tapşırığı ilə hədələdiyini, həyatına təhlükə yarandığını bildirirdi.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

XS
SM
MD
LG