Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:30

Növbəti devalvasiya ajiotajı


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azadlıq» qəzeti yazır ki, avqustun 21-də Bakıdakı banklarda və valyutadəyişmə məntəqələrində dollar satışı ilə bağlı ajiotaj yaranıb. Bir çox məntəqələr isə dollar satışını dayandırıb. Camaat tezliklə ikinci devalvasiyanın olacağından təşvişə düşüb.

İqtisadçı Azər Mehdiyev qəzetə bildirib ki, hökumət parlament seçkilərinə qədər qiymət artımının və devalvasiyaya gedilməsinin qarşısını almağa çalışacaq: «İndiki halda baş verən qiymət artımı qaçılmazdır. Çünki Azərbaycan iqtisadiyyatı son dərəcə inhisarlaşmış şəkildə inkişaf edir. Qiymətlər hətta dünya ölkələri ilə müqayisədə çox bahadır».

BAHALAŞMADAN İTİRDİYİMİZİN ƏVƏZİNİ KİM VERƏCƏK?

«Bizim Yol» qəzeti yazır ki, son günlər ölkədə baş verən qiymət artımından sonra bu sual tez-tez səslənir.

İqtisadçıNatiq Cəfərli qəzetə bildirib ki, bu cür vəziyyətdə hökumət bahalaşmanı səngitməyə nail olmağa çalışmalıdır.

Maliyyəçi-ekspert Zaur Əhmədov isə deyib ki, baş verənlər nəticədir: «Valyutamızın devalvasiyası, neftin qiymətinin düşməsi ilə iqtisadiyyatımızda yaranan problemlər, bundan başqa uzun illər görməli olduğumuz işləri görməməyimiz, iqtisadiyyatın şaxələnməsini təmin etmədiyimiz üçün yaranan iqtisadi problemlərin nəticəsidir».

KƏNARA ÇƏKİL, SƏNDƏN İY GƏLİR

«Yeni Müsavat» qəzeti yazır ki, Zığ kəndinin sakinləri 23 ildir içməli suları olmadığına görə etiraz aksiyası keçirib. Kənd sakinləri suyu maşınlarla alırlar.

«Kəndə görüşə gələn «Azərsu» ASC-nin tikinti departamentinin rəisi Səid Salayev sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib. Sakinlər isə ironiya ilə deyiblər ki, 23 ildir su gəlmir, ona görə iy gəlir».

YAP-IN 5500-DƏK MÜŞAHİDƏÇİSİ OLACAQ

«Səs» qəzeti yazır ki, parlament seçkilərində hakim partiyanın bütün dairə və məntəqələrdə müşahidəçiləri olacaq.

Bu haqda YAP İcra katibinin müavini Siyavuş Novruzov məlumat verib: «Qarşıdan gələn seçkidə də bütün dairələrdən namizəd irəli sürəcəyik. Ona görə də hər bir dairə və məntəqəyə müşahidəçi göndərəcəyik. Ümumilikdə, YAP-ın 5500-ə qədər rəsmi müşahidəçisi olacaq və partiyanın adından seçkini izləyəcəklər».

XS
SM
MD
LG