Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

Xədicəyə 9 il cəza istənilməsi pisləndi


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını bu repressiv ölkə ilə münasibətlərini Xədicə İsmayılın və həbsdə olan digər jurnalistlərin azad edilməsi şərti ilə qurmağa çağırırıq».

Bunu Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (JMK) Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Ognianova bildirib.

JMK prokurorun Xədicə İsmayıl haqqında 9 il cəza istəməsini pisləyən bəyanat yayıb. Azərbaycan hökumətini jurnalistə qarşı olan bütün ittihamları ləğv etməyə çağırıb.

Xədicə İsmayıl CM-nin 125 (özünü öldürmə həddinə çatdırma), 179.3.2 (böyük ölçüdə mənimsəmə və israf), 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma), 213.1 (vergi ödənişindən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamları təkzib edir və siyasi motivli hesab edir.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG