Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

Xədicə İsmayıl: «Gəlsin mövqeyini müəyyənləşdirsin»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Məhkəmədə Turalın özü bir söz deyir, vəkili bir başqa söz. Gəlsin mövqeyini müəyyənləşdirsin, vəkili vəkillik normalarını pozur. Öz müvəkkilinin mövqeyinə zidd mövqe nümayiş etdirib. İndi Tural Mustafayevin növbəsidir ki, gəlsin bu məsələni məhkəmədə aydınlaşdırsın. Bunu etməsə, onun da məni tutdurmaq üçün prokurorluqla iş birliyində olduğu qənaətinə gələcəyəm».

Bunu jurnalist Xədicə İsmayıl Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynovun məhkəmədə prokurorun fikri ilə razı olduğuna münasibət bildirərkən yazıb.

Avqustun 21-də məhkəmədə Səftər Hüseynov prokurorun Xədicə İsmayılın Tural Mustafayevi intihar həddinə çatdırması fikri ilə razı olduğunu bildirmişdi.

Dövlət ittihamçısı X.İsmayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

XS
SM
MD
LG