Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:29

Lirik, poetik, fəlsəfi siyasət


Şirin Neşat, 2014
Şirin Neşat, 2014

- Qonşu ölkələrin modern sənət axınları

Şirin Neşat (İran/Qəzvin, 1957) – 1974-cü ildə, 17 yaşında təhsil almaq üçün ABŞ-a göndərilib, araya İslam İnqilabı düşdüyündən İrana qayıtmayıb. Nyu Yorkda incəsənət üzrə təhsil alıb.

Neşat incəsənət karyerasına fotoqrafiyadan başlayıb, sonra video instalyasiyalara keçib, onun “Turbulent” (1998), “Rapture” (1999), “Fervor” (2000) — əsərlərində iki video ekrandan istifadə olunur, gender və cəmiyyətə əsaslanan əksliklər bu iki ekranda canlandırılır.

Aşağıdakı video-instalyasiyadakı ekranların birində kişi şeir deyir və böyük salon onu dinləyir, o biri ekranda isə qadın səssiz oxuyur, auditoriyada heç kəs yoxdur, qadının səsi çıxanda isə onu görən kişi heyrətlə susur.

Onun əsərlərində bütün İran mövzuları ağ və qara kontrastdadır. “Allahın qadınları” seriyasından olan fotolarında İslam inqilabında rol oynamış qadınları göstərir. Onların əllərindəki, üzlərindəki, bədənlərindəki yazılar İran qadınlarının şeirləridir.

Ağ köynəkli kişilər və qara çadralı qadınların çoxluğunu dəniz sahilinə səpələnmiş, qayıq itələyərkən, arakəsməylə ayırdığı binaların içində göstərdiyi fotoların izaha ehtiyac yoxdur, hər şey birbaşadır. Amma bu siyasi birbaşalıq həm də çox lirik, poetik, fəlsəfidir.

Sürgündə incəsənət və İran mövzuları üzrə ixtisaslaşan Şirin Neşat indi özünü film sahəsində sınamaqdadır. Necə ki, yazıçı Susan Sontag deyirdi: "İran filmi çağdaş film sənətində ən möhtəşəm hərəkatdır."

ABŞ-ın Whitney Muzeyində (1998), Çikaqo İncəsənət Muzeyində (1999), Dallas İncəsənət Muzeyində (2000), Vyanada “Kunsthalle Wien”də (2000), Afina Müasir İncəsənət Muzeyində (2001) və s. sərgiləri olub. Mümkün olan bütün mükafatları qazanıb.

XS
SM
MD
LG