Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:35

1991-ci ildə Qorbaçovu Putinin dəstəsi yıxmaq istəyib?


Vladimir Putin, 20 avqust 1991
Vladimir Putin, 20 avqust 1991

-

Vladimir Putin kimdir? Hakimiyyətə necə gəldi?

Bu suala AzadlıqRadiosunun rus xidməti cavab tapmağa çalışıb, bu işdə 144128 nömrəli cinayət işindən, yəni artıq Marina Salye araşdırması kimi tanınan işdən və o hadisələrin şahidlərinin xatirələrindən yararlanıb.

Ötən 11 ildə Putinin dostları rəhbər vəzifələrdə oturublar. Məsələn, Valeriy Qolubev “Qazprom”un idarə heyəti sədrinin müavinidir. Başqaları da çox varlanıblar, amma vəzifə tutmaqdansa kölgədə qalmağa üstünlük veriblər. Məsələn, deputat Sergey Nikeşin kimi.

““PUTÇ”U PUTİNİN KOMANDASI TƏŞKİL EDİBMİŞ”

Necə oldu ki, ölkədə hakimiyyəti “KQB” əməkdaşı olan bir qrup adam ələ keçirdi? Hüquq müdafiəçisi Yuriy Vdovin öz mülahizələrini bölüşür:

“Belə bir versiya var ki, “KQB” öncədən hakimiyyətdə və ölkədə ən məlumatlandırılmış qurum olub. Hələ Qorbaçov perestroykası üfüqdə yenicə görünəndə onlar ölkəni özəlləşdirməyə başlayıblar. Məncə, bu konspiroloji nəzəriyyə tam haqlıdır.

Biz bilmirik Sobçak Putini özünə müavin dəvət edib, ya onu göndəriblər. Amma nə zamansa biləcəyik, sənədlər üzə çıxacaq. Mən onun ayağına yazılan qaranlıq maxinasiyalarla bağlı araşdırma aparmamışam. Bunu başqaları ediblər, bu yöndə çoxlu materiallar da dərc edilib. Maraqlisi odur ki, bu materialları təkzib edən də yoxdur.

Putin öz arxasınca başqalarını dartıb gətirib, onlar da özününküləri irəli çəkib. Bircə faktı demək kifayətdir, Vladimir Putin prezident olanda “KQB”rəhbəri Vladimir Kryuçkovu, “putç”un təşkilatçılarından birini özünə məsləhətçi gətirib.

Bu da o anlama gəlir ki, 1991-ci ildəki “putç” zamanı baş verənləri Putinin indiki komandası təşkil edibmiş. İndiki komandada rəhbərlərin siyahısına baxanda aydın görürsən ki, onun özəyini xüsusi xidmət orqanlarının, KQB-nin, FSB-nin əməkdaşları təşkil edir, bu adamlarla dil tapmağa ehtiyac yoxdur, hamısı eyni dildə danışır”.

“DAHA BİR BƏDBƏXTLİK – “KQB”-ÇİLƏR ƏLAQƏNİ İTİRMƏYİBLƏR”

Vdovin daha sonra deyir: “Daha bir bədbəxtlik: SSRİ dağılanda müxtəlif ölkələrdəki xüsusi xidmət orqanlarının əməkdaşları əlaqəni itirməyiblər. Onlar bu gün də sakitcə iş başındadırlar.

"Putç"u törədənlər məhkəməyə yollanıri, 1992
"Putç"u törədənlər məhkəməyə yollanıri, 1992

Çoxdan bəri əməliyyatlara alışdıqları üçün onlar nəyi necə etməklə bağlı razılaşmalara ehtiyac görmürlər. Dünyanın hər yerində qəbul olunmuş bütün demokratik prosedurlardan istifadə edirlər, Ukraynada, Moldovada və başqa Avropa ölkərində Rusiyayönümlü, putinçi aksiyalar keçirirlər. Bütün bunları da Sovet İttifaqında öyrənmiş adamlar həyata keçirir.

Əlbəttə, onlar SSRİ-ni bərpa edə bilməyəcəklər, ancaq onlar qarşılarına belə məqsəd də qoymayıblar. Mühüm olan bütün resursların ələçatımlı olması və onlardan geninə-boluna yararlanmaqdır. Qaz, neft, meşə, maliyyə axını – hər şey nəzarətləri altındadır. Ölkə isə qırılıb batır.

Ölkədə dəyişiklik baş verməsi üçün kreativ azlıq olmalıdır, bu da heç olmasa ölkənin 5 ya da 10 faizini təşkil etməlidir. Ancaq Ruisyada böyük repressiyalar gedir, bir neçə emiqrasiya dalğası var, doğum getdikcə aşağı düşür və bu kimi başqa şeylər ona gətirib çıxarıb ki, nəyisə dəyişmək bacarığı olan təbəqə də tükənib və təəssüf ki, artıq situasiyaya təsir etmək gücündə deyil.

Bədbəxtlik əlbəttə, həm də ondadır ki, Putin Peterburqdan Moskvaya yollanıb hakimiyyət zirvəsinə yüksəlməyə başlayanda hər zaman kriminal təşkilat kimi tanınan “KQB”-dəki bu “şpana”nı da ardınca çəkib gətirdi. Bizim hakimiyyət təşkilatlanmış cinayətkar qruplaşmadır, özü də bandit prinsipləri əsasında yaşayır və işləyir, üstəlik ölkəni də bu prinsiplərlə yaşamağa, işləməyə məcbur edir”.

PUTİN İMZALI SƏNƏDLƏR YOXA ÇIXIB

Məqalədə deyilir ki, Putinin gördüyü işlərin iştirakçıları və ya şahidləri bildiklərini heç vaxt danışmayacaqlar, başqaları isə qorxurlar. Qorxmayanlara, səsini çıxaranlara isə onun prezidentlik dönəminin başlanğıcındaca xəbərdarlıq edildi və onlar da dillərini dişlərinə sıxıb oturdular.

Sən demə, görüb. Özü də tək o yox. Sobçak özü və komandasının əksər üzvləri çoxsaylı qaranlıq işlərin iştirakçıları olublar (bu, sənədlə təsdiqlənir və şahidlər də var), onların bəzisi haqda cinayət işi açılsa da, sonradan bağlanıb. Həddən artıq nüfuzlu personalar bu qalmaqallara qarışıblar.

Xarakterik özəllik: Vladimir Putin 1996-cı ildə Moskvada Rusiya Federasiyası Prezidentinin işlər idarəsində çalışmağa başlayan kimi Smolnı arxivlərində onun imzası olan və adı hallanan bütün sənədlər götürülüb. Sual olunur: nəyi və kimdən gizlədir? Doğrudanmı, mer Anatoliy Sobçakın müavini vəzifəsində, Peterburq meriyasının xarici əlaqələr Komitəsinin sədri vəzifəsində olarkən Putin gələcək reputasiyasına zərbə vuracaq işlər görüb?

Sən demə, görüb. Özü də tək o yox. Sobçak özü və komandasının əksər üzvləri çoxsaylı qaranlıq işlərin iştirakçıları olublar (bu, sənədlə təsdiqlənir və şahidlər də var), onların bəzisi haqda cinayət işi açılsa da, sonradan bağlanıb. Həddən artıq nüfuzlu personalar bu qalmaqallara qarışıblar.

Məqalədə Putinin də adı hallanan mənzil, ərzaq maxinasiyalarından danışılır, ortada müstəntiqlərin, deputatların ifadələri, sənədlər-sübutlar var.

MƏNZİL MAXİNASİYASI

1993-cü ildə Vladimir Putun ailəsi ilə bu ünvanda qeydiyyatda olub: Sankt-Peterburq, Tsiolkovski küçəsi, ev 1, mənzil 8. İlin sonunda Putinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələ qaldırılıb. Həmin müddətdə artıq o Sankt-Peterburq meriyasının xarici əlaqələr Komitəsinin sədriydi. Bu məsələdə Putinə dostu, ehtiyatda olan “KQB” zabiti, Vasileostrovskiy rayon administrasiyaının başçısı Valeriy Qolubev kömək etmək istəyir.

Rusiya Federasiyası Baş Prokurorluğunun İstintaq komitəsinin məlumatında deyilir ki, Qolubev 1993-1994-cü illərdə bir neçə mənzilin dəyişdirilməsiylə bağlı sövdələşməyə nail olub. Bu sövdələşmələr qanunsuzdur.

Administrasiya qanunsuz iş gördüyünü bildiyi üçün mer Sobçakın dəstəyindən yararlanır. Qolubev ona məktubla müraciət edərək razılıq alır. Kommunal mənzillər ayrıca mənzilə çevrilir və çox ucuz qiymətə şəhər məmurlarına verilir.

Rusiya - Anatoly Sobchak (öndə) və Putin (arxada) May 1994
Rusiya - Anatoly Sobchak (öndə) və Putin (arxada) May 1994

İstintaq komitəsi “Anatoliy Sobçakın işi” üzrə, mənzillərin qanunsuz əldə edilməsiylə bağlı araşdırma aparıb. Xüsusi işlər üzrə müstəntiq Andrey Zıkovun sözlərinə görə, həmin mənzillərin qanuni sakinləri ordan hədə-qorxu gəlinərək köçürülüblər. Müstəntiq onu da deyir ki, yeni sakinlərin mənzilə ehtiyacları olmayıb.

Yeri gəlmişkən, adı bu halda çox hallanan Qolubev 1999-cu ildə Peterburq administrasiyasında turizm və kurortların inkişafı üzrə Komitənin sədri olub. 2003-cü ildəsə “Qazprom”un törəmə şirkəti olan “Qazkomplektimpeks”in direktoru olur. İndisə əvvəldə də dediyimiz kimi “Qazprom”da ikinci adamdır.

Sobçak administrasiyası məmurlarının mənzil sövdələşməsi sonralar da davam edib. Dövlət Dumasının deputatı Aleksandr Şişlovun 1990-cı illərin sonunda apardığı araşdırmadan aydın olub ki, təkcə 1995-1996-cı illərdə Sobçakın komasndası çox gülməli qiymətə 130 mənzil satıb. Müqayisə üçün deyək ki, o zaman mənzillərin kvadrat metri 100 dollara satıldığı halda, bazar qiyməti 500 dollar imiş. Məsələn, aparıcı Natalya Çaplin 250 metrlik, 7 otaqlı mənzili 97 milyon rubla aldığı üçün şəhər büdcəsi bundan 500 milyon rubl itirib. Natalya Çaplinlə həmin mənzilə isə onun əri – FTB-nin Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin rəisi Viktor Çerkesov da köçüb.

Məqalədə Putinin birbaşa iştirak etdiyi korrupsiya faktları sadalansa da, buna görə heç kimin sonralar həbs edilmədiyi bildirilir.

XS
SM
MD
LG