Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:48

Ehtiyatda olan hərbçilər orduya çağırılır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ehtiyata buraxılan əsgər və zabitlərin bir hissəsinin yenidən hərbi hissələrə çağırışı qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir.

Bunu Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Nurəddin Heydərov deyib:

«Ötən il və bu il ərzində bir neçə dəfə belə toplanışlar keçirilib. O zaman biz 100 faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac yoxdur».

N.Heydərov xatırladır ki, çağırışa gəlməyən vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyacaqlar.

Ehtiyatda olan hərbçilərin orduya çağırılması müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Xidmətdən xüsusi olaraq vurğulayıblar ki, ölkə ərazisində səfərbərlik elan olunmayıb.

XS
SM
MD
LG