Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:41

Özbək döyüşçü: Cihad üçün yaş yoxdur


Arxiv fotosu
Arxiv fotosu

-

Suriyada Talibana bağlı Buxara Camaatı qruplaşmasında döyüşən bir özbək döyüşlərə uşaqların da cəlb olunmasına haqq qazandırmağa çalışır. Bu döyüşçü Azadlıq Radiosu ilə WhatsAppla əlaqə saxlayıb. Kim olduğunu deməyib. Bir onu deyib ki, Suriyadadır və Suriya mobil nömrəsi işlədir.

Buxara Camaatı 2014-cü ildə Əfqanıstandakı Talibana sədaqət andı içib. Suriyada Əl-Qaidəyə bağlı qruplaşma sayılan Cəbhət əl-Nusra ilə bir cəbhədə döyüşür.

Bu ayın əvvəlində Buxara Camaatının lideri Salahuddin əl-Nusranın yetkinlik yaşına çatmamış oğlunun döyüşdə öldüyü xəbəri yayılmışdı. Özbək döyüşçü deyir ki, Umar adlı həmin uşağın Hələbdə atası ilə birgə necə həlak olduğunu görüb.

14 yaşında bitən ömür

Özbək döyüşçü deyir ki, Umar yaxın məsafədən vurulub: “Həmin vaxt Umarla eyni xətdə döyüşürdük. Düşmən onu 9 metrdən vurdu”.

O, uşağın özbək qrupunun komandiri olduğunu da deyir: “Umarın 14 yaşı olsa da, çox cəsur idi. Cəsur olduğu üşüm bizim komandir idi”.

Özbək döyüşçü deyir ki, döyüşlərdə başqa uşaqlar da iştirak edirmiş: “Burda bizdə əlində silah tutan 9, 10, 11, 12, 14 yaşlı mücahidlər də var”.

Uşaq yaşında hərbçi olmağa haqq qazandırmaq

Özbək döyüşçü deyir ki, cihad üçün yaş məhdudiyyəti yoxdur. O, öz fikrini əsaslandırmaq üçün tarixi hadisəni misal göstərir: “Xəlifə Ömərin oğlunun cihada gedəndə 10 yaşı olub. İstənilən yaşda cihada qalxmaq olar. Qardaşlarına ən çətin vaxtda kömək etməsən, başqa nə vaxt edəcəksən!?”

O, 14 yaşlı Umarın döyüşdə ölümünə haqq qazandırmaq üçün müsəlman döyüşçü idealogiyasının başqa bir məqamını da xüsusi vurğulayır: “Mücahidlər ölmür, onlar əbədi yaşayırlar”.

“İŞİD-dən yaxşıyıq”

Radioya əvvəlki müsahibəsində İŞİD-i sərt tənqid edən özbək döyüşçü Buxara Camaatının İŞİD kimi olmadığını da xüsusi qeyd edir: “Biz onlar kimi müsəlmanları öldürmürük. Özünüz gəlib buna şahid ola bilərsiniz. Ya da münafiq agentlərinizi göndərin. Onsuz da bu gün aramızda dünyanın dörd yanından göndərilmiş o qədər casus var ki...”

XS
SM
MD
LG