Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

"ABŞ-da müsəlman prezident ola bilməz"


Ben Carson
Ben Carson

ABŞ-da prezidentliyə respublikaçı namizəd Ben Carson deyib ki, o ABŞ-da müsəlmanın prezident ola biləcəyinə inanmır

“Mən istəməzdim ki, biz bu ölkədə hakimiyyətə müsəlmanı gətirək. Mən belə bir şeylə qətiyyən razılaşmazdım” – deyib Ben Carson NBC-nin “Meet The Press” proqramına.

Hazırda ixtisası üzrə çalışmayan keçmiş neyrocərrah ictimai rəy sorğularında irəlidədir.

Ben Carson: Mən istəməzdim ki, biz bu ölkədə hakimiyyətə müsəlmanı gətirək. Mən belə bir şeylə qətiyyən razılaşmazdım

Ben Carson-un bu bəyanatından əvvəl respublikaçı namizədlər arasında lider Donald Trump “Barack Obama müsəlmandır” deyən bir tərəfdarının səhvini düzəltdmədiyinə görə kəskin tənqid olunurdu.

Lakin cənab Trump tənqidlərə cavab olaraq deyib ki, o cənab Obamanın müvəkkili deyil.

İslam ABŞ Konstitusiyasına uyarlı deyil

Ötən bazar günü milyarder Trump-ın ən güclü rəqibi Carson “müsəlmanlar prezidentlik üçün yararlı deyillər” deməklə xəbər başlıqlarına çıxıb.

O deyib ki, prezidentin dini ABŞ Konstitusiyasına uyarlı olmalıdır.

Obama-ya əvvəllər də müsəlman deyilib

Prezident Obama xristian olduğunu dəfələrlə qeyd edib.

Lakin Donald Trump onun bəyanatlarını ən çox şübhə altına alan opponentlərindən biri olub.

Trump 2011-ci ildə Obama-nın əslində Keniyada doğulduğunu iddia etmiş, onun doğum şəhadətnaməsinin açıqlanmasını istəmişdi.

O vaxt Barack Obama doğum şəhadətnaməsini açıqlamışdı.

NBC müsahibəsi zamanı prezident Obama-nın xristian olduğuna və Keniyada doğulmadığına inanıb-inanmadığı barədə suala Ben Carson bunlara şübhə etmək üçün əsasının olmadığını söyləyib.

Təhqirə yaxın tənqidlər

Amerikada keçirilən ən son rəy sorğularına görə Ben Carson respublikaçı namizədlər arasında ikinci yerdən üçüncü yerə sürüşüb.

Carly Fiorina və Donald Trump
Carly Fiorina və Donald Trump

Hazırda ikincilik Hewlett-Packard kompüter şirkətinin keçmiş rəhbəri xanım Carly Fiorina-dadır.

Digər namizədlər Fiorina-nı Hewlett-Packard-ın başçısı olarkən sanksiyaları pozmaqda və İranla alış-verişdə ittiham edirlər.

Donald Trump namizəd Jeb Bush-un immiqrasiya siyasətinin yumşaqlığını onun həyat yoldaşının əslən meksikalı olması ilə izah edib. Keçmiş prezidentin qardaşı Trump-dan xanımı qarşısında üzr istəməsini tələb edib.

Lakin Donald Trump özünün dediyi kimi qadınlardan və ya qadınlara görə heç vaxt üzr istəmir.

XS
SM
MD
LG