Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:39

AzadlıqRadiosunun daha bir jurnalisti hədəfə alınır


AzadliqRadiosunun əməkdaşı dindirildi
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

AzadliqRadiosunun əməkdaşı dindirildi

-

«Bakıda polis AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalistin evində axtarış aparıb, avadanlığını müsadirə edib. Bu, ölkədə müstəqil mətbuata sərt təzyiq kampaniyası çərçivəsində baş verən sonuncu insidentdir». AzadlıqRadiosu rəhbərliyinin sentyabrın 29-da yaydığı bəyanatda belə deyilir.

«TƏQİBƏ SON QOYULSUN»

AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşı İslam Şıxəlinin kirayə qaldığı mənzildə sentyabrın 26-da axtarış aparılıb, ona məxsus kompüter, videokamera, mikrofon və mobil telefon müsadirə olunub. Pasport və digər şəxsi sənədləri də götürülsə də, sonradan qaytarılıb.

«Polis Şıxəlinin peşəsinə və işinə aid avadanlığı götürdüyü üçün bizdə belə bir təəssürat yaranır ki, ona jurnalistika fəaliyyətinə görə hücum olunur», - AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic deyib. «Bu avadanlığı müsadirə etmək hüquqları yoxdur. Avadanlığı dərhal qaytarmalıdırlar, Şıxəliyə işləməyə imkan verilməlidir, bu təqibə son qoyulmalıdır».

İslam Şıxəli sentyabrın 28-də prokurorluqda dindirilib. Ondan AzadlıqRadiosunun Azərbaycanda fəaliyyəti, özünün müstəqil jurnalistlər olan bəzi «facebook» dostları barədə soruşublar.

HƏYATİ ƏHƏMİYYƏTLİ ALTERNATİV

Axtarış zamanı Şıxəlinin dostuna təqdim olunan məhkəmə qərarında axtarışın vergidən yayınma ittihamıyla bağlı olduğu göstərilib. AzadlıqRadiosunun bəyanatında eyni ittihamın AzadlıqRadiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayıla, eləcə də bir sıra müstəqil jurnalistə, insan haqları fəalına irəli sürüldüyü qeyd olunur. Bu şəxsləri ABŞ qanunvericiləri, Avropa rəsmiləri, beynəlxalq insan haqları qrupları «siyasi məhbus» adlandırırlar.

Bəyanatda deyilir ki, AzadlıqRadiosunun Bakı bürosunda ötən il dekabrın 26-da axtarış aparılıb, sənədlər, avadanlıq müsadirə olunub, 20-dən çox əməkdaş dindirilib, bank hesabları dondurulub. Bir neçə jurnalist ölkədən çıxıb, qalanları isə həbs qorxusu ilə yaşayır.

«AzadlıqRadiosunun Azərbaycan xidməti www.azadliq.org saytı üçün Praqadakı qərargahdan xəbərlər toplayır. Bu radio Azərbaycanda hökumətin nəzarətində olan mətbuata həyati əhəmiyyətli alternativ olaraq qalır», - bəyanatda vurğulanır.

XS
SM
MD
LG