Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:50

H.Rəcəbli: "Tibbi sığorta 200-cən xidməti əhatə edəcək"


Hadi Rəcəbli
Hadi Rəcəbli

"Azərbaycanda icbari tibbi sığorta 200-ə qədər tibbi xidməti əhatə edəcək". Bunu AzadlıqLive-a Milli Məclisin Sosial Siyasət Komtəsinin sədri Hadi Rəcəbli deyir.

Bəs gələn il icbari tibbi sığortanın tətbiq olunacağı nə qədər realdır? Parlamentdə 5 Komitənin birgə iclasında maliyyə naziri Samir Şərifov gələn il icbari tibbi sığortanın tətbiq oluna biləcəyindən danışdı,ancaq o da qəti şəkildə demədi ki, tətbiqinə başlanacaq, dedi ki, "başlana bilər". Keçən il də elə bu vaxtlar rəsmilər deyirdilər ki,gələn il icbari tibbi sığorta tətbiq olunacaq, ancaq olmadı.

BU DƏFƏ EHTİMAL ÇOX BÖYÜKDÜR

Hadi Rəcəbli deyir ki,gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin başlanacağı ehtimalı çox böyükdür. Ancaq bu, başlanğıcda pilot layihə şəklində olacaq, yəni sınaq üçün hər yerdə yox, bir neçə yerdə tətbiq olunacaq. Onun sözlərinə görə, bütün bunlar onunla bağlıdır ki,çox iş görülməlidir, səhiyyənin maliyyələşməsi kökündən dəyişir, bundan başqa, məsələn, Rusiyada tətbiq olunan mexanizmlərdə çatışmazlıqlar olub, çalışırlar ki, Azərbaycanda buna yol verilməsin.

Ödənişlərə gəldikdə, işləyənlərlə məsələ, prinsipcə aydındır, onlar öz maaşlarından ayda müəyyıən məbləği verə biləcəklər ki,xəstələnəndə, müalicə pulsuz olsun. Bəs işləməyənlər? Hadi Rəcəbli deyir ki, bu da nəzərə alınır. İşləməyənlər də icbari tibbi sığorta ilə əhatə olunacaq.

Hadi Rəcəbli daha nələri dedi?

Gözlə
Embed

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

XS
SM
MD
LG