Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:53

Söz var, kompensasiya yox


Etirazçılar.
Etirazçılar.

-

Bu ilin mayında Bakının Azadlıq prospektindəki çoxmərtəbəli bina yanarkən, 10 nəfərin obyekt və avtomobilinə də ziyan dəyib.

Ziyana görə bu günədək kompensasiya ala bilməyən şəxslər oktyabrın 10-da etiraz aksiyası keçiriblər.

Sakinlər AzadlıqRadiosuna bildiriblər ki, bu müddətdə yanğınla bağlı yaradılmış komissiyasının sədri Abid Şərifova, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Binəqədi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb.

Zəmanət Daşdəmirov 15 min manat zərərə düşdüyünü söyləyərək, AzadlıqRadiosuna deyib: «Abid Şərifov Binəqədi rayon İcra Hakimiyyətini topladı və qərar verildi ki, dəymiş ziyan ödənilsin. Ancaq 15 avqustdan bu yana, heç kimə bir qəpik də ödənməyib. Maşını yananlar piyada qalıb, mənsə iş yerimi itirmişəm. Indiyədək müraciət eləmədiyimiz ünvan qalmayıb. Dövlətdən heç zaman yardım istəməmişik. İndi ziyan dəyib, bunun kompensasiyasını tələb edirik. Prezidentin sərəncamı var ki, kimə zərər çəkibsə, ona pul ödənsin».

«KİMİNSƏ PULLARDA GÖZÜ VARSA, KİŞİ KİMİ ÇIXIB DESİN»

Tofiq Mustafayev AzadlıqRadiosuna komissiyanın ona çatacaq 4 min manatı vermədiyini söyləyib: «Dəfələrlə söz verilsə də, kompensasiya ödənilməyib. Dərdimizi kimə deyək? Servis mənə məxsus avtomobilin qüsur aktında 6 min, ancaq özlərinin komissiyası 4 min zərər dəydiyini göstərib. Heç bunu da vermirlər».

Yanan bina təmirdən sonra.
Yanan bina təmirdən sonra.

«Bina yanan zaman uşaqları göndərdim ki, götürsünlər. Polislər qoymadı, dedilər, qoy yansın. İndi isə kompensasiya ödənilmir. Mənim də maşınıma servis 2 min manat ziyan dəydiyini qeyd edib», - bunu AzadlıqRadiosuna Qəribağa Rizvanov deyib.

Ülvi Hüseynov AzadlıqRadiosunaBakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi ilə bir neçə dəfə əlaqə saxladığını bildirib: «Bir neçə dəfə zəng etdik, dedilər ki, narahat olmayın, pulunuz ödəniləcək. Sonuncu dəfə isə bildirildi ki, gedin komissiyadan pulunuzu tələb edin. Bu gün-sabah deyib, insanların ehtiyac hissləri ilə oynamasınlar. Kompensasiya vermək istəmirlərsə, desinlər, özümüz başımıza çarə qılaq. Kiminsə bizə çatacaq pullarda gözü varsa, kişi kimi çıxıb desin. Şəxsən mən o puldan imtina etməyə hazıram. Yox, əgər veriləcəksə, ödənilsin».

XS
SM
MD
LG