Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:41

18 ton yararsız bal aşkarlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Oktyabrın 10-da Bakıda bal yarmarkası başlayır. Yarmarka 20 gün - oktyabrın 30-dək davam edəcək.

Hər il keçirilən bal yarmarkasını Kənd Təsərrüfatı Nazirliyi təşkil edir.

Satış Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) baş tutacaq.

APA xəbər verir ki, nazirlik 18 ton yararsız balı yarmarkaya buraxmayıb.

Nazirlikdən bildiriblər ki, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: «Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir».

Yararsız arıçılıq məhsullarının əksəriyyətinin cənub bölgəsindən gətirildiyi deyilir.

XS
SM
MD
LG