Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:02

"Deyirlər 5 nəfərdən çox adamla görüşə bilməzsən"


İllüstrasiya
İllüstrasiya

►“Seçicilərlə görüşə icazə vermirlər. Deyirlər ki, 2 yer ayrılıb, həmin yerlərdən başqa ünvan seçə bilməzsən”

Bunu AzadlıqRadiosuna 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib.

“Beş nəfərdən çox adamla görüşə bilməzsən”

Deputatlığa namizəd bildirir ki, sözügedən dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov ona “ayrılmayan ünvanlarda 5 nəfərdən artıq adamla görüşə bilməzsən” söyləyib:

“89 saylı Göyçay-Ağdaş seçki dairəsində 36 məntəqə var. Görüşə icazə verilən 2 yer Göyçayda - biri Şəhadət kəndində, o biri də rayon mərkəzində yerləşir. Komissiya sədrindən soruşuram ki, Ağdaş rayonundakı seçicilərlə necə görüşüm, deyir, Göyçayda icazə verilən ünvanlara gəlsinlər. Ağdaşın Göyçaya ən yaxın kəndi ilə görüşə icazə verilən ünvan arasında məsafə 20 kilometrdən çoxdur. İndi mən seçicilərə nə deyim? Deyim ki, görüş filan yerdədir, ora gəlin? Kənd-kənd, qapı-qapı görüşlərə icazə vermirlər. Səbəbini soruşanda isə bildirirlər ki, görüş üçün icazə hardadır, ora gedin”.

Buna da bax: İran raketləri: 500 metr dərinlikdə- [Video]

“Məhəllə görüşlərinə də icazə vermirlər”

Vidadi İsgəndərli
Vidadi İsgəndərli

Vidadi İsgəndərlinin sözlərinə görə, bir neçə gün öncə seçicilərlə görüşdə həbs edilərək Göyçay Rayon Polis İdarəsinə aparılıbmış:

“Məni idarədə 2 saatdan çox saxladılar. Dedilər ki, icazə verilməyən yerdə görüş olmaz. Mən küçədə qarşıma çıxan vətəndaşla, tanıdığım biriylə söhbət edə bilmərəm? Məhəllə görüşlərinə belə icazə vermirlər”.

Buna da bax: Xədicə İsmayıl: “Qadın olduğumu nəzərə almayın”

“Seçicilərlə görüşə heç kəs maneə yarada bilməz”

Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov AzadlıqRadiosuna ayrılmış yerlərin seçicilərlə kütləvi görüşlər üçün nəzərdə tutulduğunu deyir:

“Dairə Seçki Komissiyası və yerli icra hakimiyyəti Ağdaş rayonu üzrə də seçicilərlə görüş yeri ayırmalı idi. Bu, onların qanunla müəyyənləşmiş borcudur”.

Akif Qurbanov bildirir ki, qanun namizədin fərdi qaydada görüşlərinə də qadağa qoymur:

“Seçki Məcəlləsinin tələblərinə görə, namizədin qapı-qapı seçicilərlə görüşünə heç kəs maneə yarada bilməz. DSK belə bir problem yaradırsa, namizəd bu barədə MSK-ya rəsmi şikayət versin”.

Vidadi İsgəndərli AzadlıqRadiosuna təqib olunduğunu və həbs ediləcəyi barədə informasiyalar adığını da deyib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a bildirib ki, bu cür məlumatların heç bir hüquqi əsası yoxdur, V.İsgəndərov barəsində hüquq-mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur.

Vidadi İsgəndərli ötən parlament seçkilərində - 2010-cu ildə də namizədliyini irəli sürmüş və daha sonra məntəqələrdə səsverməni pozmaqda, məntəqə üzvləri ilə qaba davranmaqda təqsirləndirilərək, 3 il həbs cəzası almışdı.

O, 2012-ci ilin dekabrında - prezidentin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxıb.

XS
SM
MD
LG