Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:48

Rabitə Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub


Azerbaijan -- police car Baku
Azerbaijan -- police car Baku

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib.

Vidadi Zeynalovun vəzifədən azad olunması barədə də artıq əmr imzalanıb.

Onun həbsinin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə bağlı olduğu bildirilir.

Beytulla Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

APA Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar olduğunu xəbər verir.

XS
SM
MD
LG